“Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı Milli Müdafiə Universitetinin elmi nəşri olaraq, elmi informasiya mübadiləsinin təşkili, əldə edilmiş nəticələrin geniş elmi ictimaiyyətə çatdırılması və müasir hərbi biliklərin yayılmasında mühüm rol oynayır.

Jurnalın nəşrləri ölkəmizdə hərbi-elmi, nəzəri və praktiki araşdırmaların inkişafına mühüm töhfələr verir və Azərbaycan Ordusunun müxtəlif sahələrində elmi mənbələrə istinad edən, təcrübəyə əsaslanan, həmçinin innovativ və müasir yanaşmaları təşviq edən araşdırmaların həyata keçirilməsi üçün etibarlı elmi platforma funksiyasını yerinə yetirir.

“Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı hərbi-nəzəri elmlər, hərbi-xüsusi elmlər, hərbi təbabət və milli təhlükəsizlik elmi istiqamətləri üzrə aparılan tədqiqatlara geniş yer verərək ölkə daxilində elmi informasiya mübadiləsinə dəstək verir və beynəlxalq elmi müzakirələrdə iştirak imkanlarını artırmaq üçün önəmli addımlar atır.

Jurnal 09.07.2015-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınıb. Qeydiyyat nömrəsi: 3991.

“Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı elmi tədqiqatların əsas müddəalarının nəşr edilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan nəşrlər siyahısına daxil edilmişdir.

P-ISSN 2521-1331

Jurnalın DOİ Prefiksi: 10.30546/9878.

Jurnal ildə 4 dəfə nəşr olunur və dərc olunan məqalə müəlliflərinə qonorar ödənilir.

Təsisçi: Milli Müdafiə Universiteti

www.mmu.edu.az

AZ1065, Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, “Qızıl Şərq” hərbi şəhərciyi, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu.

mmu-heti@mod.gov.az

menyu
menyu