Nəşr etikası

“Milli təhlükəsizlik və hərbi elmlər” jurnalında Nəşr Etikası Komitəsi (COPE - Committee on Publication Ethics) tərəfindən müəyyən edilmiş etik qaydalara ciddi şəkildə riayət edilir.

1. Baş redaktor və redaksiya heyətinin öhdəlikləri:

- məqalələrin qiymətləndirilməsi zamanı obyektivlik, ədalətlilik və qərəzsizlik prinsipinə riayət etmək;

- müəlliflərin şəxsi məlumatlarını və təqdim etdiyi materialların məxfiliyini qorumaq;

- rəyçilərin anonimliyini təmin etmək;

- elmi etik qaydalara uyğun olmayan məqalələri qəbul etməmək və ya redaktə olunmuş variantını tələb etmək;

- müəlliflərə məqalələrinin qiymətləndirilməsi barədə vaxtında və dolğun məlumat vermək.

2. Müəlliflərin öhdəlikləri və məsuliyyətləri:

- məqalə yalnız müəllifin özü tərəfindən hazırlanmalı və təqdim edilməlidir;

- məqalə orijinal olmalı, başqa mənbələrdən icazəsiz istifadə edilməməlidir;

- məqalədə istifadə olunan bütün mənbələr düzgün şəkildə qeyd edilməlidir;

- məqalənin məzmununa görə tam məsuliyyət daşımaq;

- elmi nəticələri düzgün təqdim etmək və nəticələrin manipulyasiyasından çəkinmək;

- mövcud məlumatların düzgünlüyünü təsdiq etmək və yanlış məlumat verməmək;

- mövcud ziddiyyətləri açıq şəkildə qeyd etmək;

- məqaləni eyni formada digər jurnallara təqdim etməmək.

Qeyd. Müəlliflər rəyçilərin və ya redaktorların hesabatlarına əsasən düzəliş edilmiş məqalələrini yenidən təqdim edə bilərlər. Əgər məqalə düzgün işlənmiş hesab edilməzsə, rədd edilir və proses başa çatır, məqalə düzgün işlənmiş hesab edilərsə, o, prosesə yeni təqdim edilmiş məqalə kimi qəbul edilir.

3. Rəyçilərin etik prinsipləri:

- qiymətləndirmə zamanı obyektiv və qərəzsiz olmaq;

- məqalənin məzmununu müəllifin kimliyindən asılı olmayaraq qiymətləndirmək;

- qiymətləndirmə prosesində müəlliflərə hörmətlə yanaşmaq;

- qiymətləndirmə zamanı əldə edilən məlumatların məxfiliyini qorumaq;

- qiymətləndirmə zamanı şəxsi və peşəkar maraq toqquşmalarından uzaq durmaq.

4. Qeyri-etik davranışların qarşısının alınması:

“Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı aşağıdakı halları qeyri-etik hesab edir və onlara qarşı ciddi tədbir görür:

- plagiat (başqasının fikirlərini və ya işini mənbə göstərmədən istifadə etmə). Təqdim edilmiş əlyazmalarda plagiatın bütün formaları qəbuledilməzdir;

- təkrar nəşr (eyni məqaləni bir neçə yerdə dərc etdirmək);

- müəlliflərin səhv təqdimatı (məqalədə əsl müəlliflərin adlarının göstərilməməsi və ya lazımsız müəlliflik);

- yanlış və ya qərəzli məlumatların yayılması;

- rəyçilərin obyektivlik prinsiplərini pozması.

5. Mübahisələrin həlli:

- məqalə təqdimatı, qiymətləndirmə və nəşr prosesində yaranan mübahisələr redaksiya heyəti tərəfindən araşdırılır;

- mübahisələrdə beynəlxalq elmi etik standartlar və jurnalın daxili qaydaları əsas götürülür;

- mübahisələrin həlli qərəzsizlik və şəffaflıq prinsiplərinə riayət olunmaqla, ədalətli şəkildə təmin edilir.

6. Nəşr etikası ilə bağlı məsuliyyət:

- jurnal yalnız etik prinsiplərə uyğun təqdim olunan məqalələri dərc edir;

- etik qaydaları pozan hallarda redaksiya heyəti məqaləni geri qaytara və ya müəllifin gələcək təqdimatlarını qəbul etməyə bilər;

- redaksiya heyəti etik pozuntular barədə müvafiq orqanlara məlumat vermək hüququna malikdir.

Qeyd. Nəşr etikası jurnalın elmi nüfuzunun qorunması üçün əsasdır və bütün tərəflər – müəlliflər, rəyçilər və redaksiya heyəti – bu prinsiplərə sadiq qalmalıdır.

menyu
menyu