1. Məqalənin mövzusu və tədqiqat sahəsi
Təqdim edilən məqalələr jurnalın elmi istiqamətinə uyğun olmalıdır:
- hərbi-nəzəri elmlər;
- hərbi-xüsusi elmlər;
- hərbi təbabət;
- milli təhlükəsizlik.
Məqalələr aktual elmi problemləri əhatə etməli və ilk dəfə dərc olunması üçün nəzərdə tutulmalıdır.
2. Dil və format:
- məqalələr Azərbaycan, rus və ya ingilis dillərində təqdim edilə bilər;
- məqalə MS Word formatında hazırlanmalı, Times New Roman 12 pt, sətirlərarası məsafə 1 olmalıdır;
- səhifə ölçüsü: A4; bütün tərəflərdən 20 mm boşluq;
- məqalə 8–15 səhifə həcmində olmalıdır.
3. Məqalənin strukturu
Məqalə aşağıdakı ardıcıllıqla təqdim edilməlidir:
1. UOT və ORCID indeksləri (əgər varsa) – yuxarı sol küncdə;
2. Məqalənin adı – mərkəzdə, qısa və aydın;
3. Müəllif haqqında məlumat – adı, soyadı, elmi dərəcə və adı, hərbi rütbəsi (əgər varsa), iş yeri, e-poçt, telefon;
4. Xülasə (Abstract) – 150–250 söz, işin mahiyyəti, elmi yenilik və tətbiqi əhəmiyyəti;
5. Açar sözlər (Keywords) – 5–8 söz;
6. Giriş – problemin qoyuluşu, mövzunun aktuallığı və tədqiqatın məqsədi;
7. Əsas hissə (Metodologiya və Nəticələr) – istifadə olunmuş metodlar, tədqiqat prosesi, əldə olunan nəticələr və müzakirə;
8. Nəticə – əsas tapıntılar və tövsiyələr;
9. İstifadə edilmiş ədəbiyyat – mətndə istinad ardıcıllığına uyğun olaraq, son 10 il ərzində nəşr olunmuş etibarlı mənbələr üstünlük təşkil edir;
10. Əlavələr (əgər varsa) – cədvəllər, qrafiklər, şəkillər.
4. Mətn və vizual materiallar:
- cədvəllər yuxarı sağdan nömrələnir (məsələn, Cədvəl 1);
- şəkillər alt hissədə nömrələnir (məsələn, Şəkil 2) və mətndən 1 boş sətir ayrılır. Mətnin oxunaqlığı üçün şəkillər döndərilmədən və ya saat əqrəbi istiqamətində baxıla bilinməlidir;
- riyazi düsturlar MS Word Equation ilə hazırlanmalı, düsturlar ortada, nömrələr sağda mötərizədə göstərilməlidir.
5. İstinadlar və plagiat:
- Mənbələrə istinad kvadrat mötərizə ilə göstərilməlidir: [1] və ya [1, s.119];
- Qəbul olunan əlyazmalar hər hansı bir köçürülmüş mətnin, digər mənbələrdən alınan nəticələrin və ya özünüplagiatın aşkar edilməsi üçün plagiat yoxlamasından keçir və yalnız etik prinsiplərə cavab verdiyi halda nəşr edilir;
- Eyni müəllifin bir nömrədə iki məqaləsi dərc oluna bilməz.
6. Nəşr prosesi:
Redaksiyaya daxil olan əlyazmalar aşağıdakı meyarlara görə ilkin yoxlamadan keçir:
1. Format uyğunluğu;
2. Mövzu uyğunluğu;
3. Etik tələblərə riayət;
4. Əlyazmanın orijinallığı (plagiat yoxlanışı):
- məqalələrin redaksiyaya təqdimatı elektron sistem və ya redaksiya ünvanı vasitəsilə həyata keçirilir;
- məqalələr ikiqat anonim rəy prosesi ilə nəzərdən keçirilir;
- çapa tövsiyə edilməyən məqalələr haqqında müəllif(lər)ə məlumat göndərilir;
- resenziyadan keçən məqalələr daxilolma və qəbul tarixinə görə sıralanır, sonra redaksiya heyəti tərəfindən nəzərdən keçirilir. Redaksiya heyəti bütün rəyçilərin tövsiyələrini nəzərə alaraq məqalənin qəbul olunub-olunmayacağına qərar verir. Məqalələrin nəşri ilə bağlı yekun qərarı Milli Müdafiə Universitetinin Elmi Şurası qəbul edir;
- yuxarıdakı tələblərə cavab verməyən məqalələr dərc olunmur və əlyazmalar geri qaytarılmır.
Süni İntellektdən (Sİ) istifadə qaydaları:
1. Müəlliflər üçün qaydalar
İcazə verilən istifadə.Müəlliflər yalnız əlyazma hazırlayarkənqrammatik düzəlişlərin edilməsi, üslubun yaxşılaşdırılması, terminoloji dəqiqləşdirmələr və tərcümə proseslərinin təkmilləşdirilməsi məqsədilə Sİ alətlərindən istifadə edə bilərlər. Bundan başqa, mövcud eksperimental və ya tədqiqat nəticələrinin texniki təqdimatında – məsələn, qrafiklərin vizual olaraq aydınlaşdırılması və ya cədvəllərin oxunaqlılığının artırılması üçün də Sİ-dən yardımçı vasitə kimi istifadə oluna bilər. Hər hansı halda istifadə olunan alətin adı və versiyası məqalənin müvafiq bölməsində açıq şəkildə qeyd edilməlidir.
Qadağandır. Müəlliflərin Sİ vasitəsilə yeni tədqiqat məlumatlarının yaradılması, arqumentlərin qurulması, nəzəri əsaslandırmalar və statistik nəticələrin hazırlanması yolverilməzdir. Həmçinin Sİ alətləri müəllif və ya həmmüəllif kimi göstərilə bilməz. Nəticələrin təhrif edilməsi, saxtalaşdırılması və ya yanlış təqdim edilməsi isə ciddi etik pozuntu hesab olunur və məqalənin rədd edilməsinə səbəb ola bilər.
2. Rəyçilər üçün qaydalar
İcazə verilən istifadə.Rəyçilərə yalnız rəy prosesində öz şəxsi qeydləri və qiymətləndirmə meyarları üzrə əsaslandırmanın dil və üslub baxımından təkmilləşdirilməsi məqsədilə Sİ-dən istifadə etmək icazə verilir. Bu, qrammatikanın sadə redaktəsi və ya ifadələrin daha anlaşıqlı formaya salınması ilə məhdudlaşmalıdır.
Qadağandır. Rəyçilər müəlliflərin təqdim etdiyi əlyazmanı hər hansı Sİ platformasına yükləmələri, onun əsasında analiz, xülasə və ya qiymətləndirmə aparmaları qəbuledilməz hal hesab olunur. Sİ tərəfindən hazırlanmış və ya formalaşdırılmış rəy mətnlərindən istifadə edilməməlidir. Həmçinin rəyçilər müəlliflərin elmi nəticələrini Sİ vasitəsilə şərh edə və ya qiymətləndirə bilməzlər. Bu cür hərəkətlər məxfilik prinsiplərinin və rəy prosesinin bütövlüyünün pozulması deməkdir.
3. Redaktorlar üçün qaydalar
İcazə verilən istifadə.Redaktorların Sİ-dən istifadəsi yalnız inzibati yazışmalarda rəsmi bildirişlərin və ya qısa texniki qeydlərin qrammatikasının sadələşdirilməsi və dil baxımından redaktəsi ilə məhdudlaşmalıdır.
Qadağandır. Redaktorların əlyazmaların tam məzmununu hər hansı Sİ platformasına yükləmələri, elmi keyfiyyət və nəticələrinin Sİ tərəfindən qiymətləndirilməsi qəbuledilməzdir. Redaksiya qərarları yalnız redaktorların öz elmi bilikləri və müstəqil qiymətləndirmələri əsasında qəbul edilməlidir. Sİ alətləri heç bir halda qərarvermə prosesinə təsir göstərməməlidir.