“Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı aşağıdakı sahələr üzrə tədqiqatları əhatə edir:
Hərbi nəzəri elmlər sahəsi üzrə:
- hərb elminin və hərbi quruculuğun əsasları;
- strategiya və əməliyyat məharəti, dövlətin təhlükəsizliyinin hərbi aspektləri;
- taktika;
- hərbi təlim-tərbiyə, qoşunların gündəlik fəaliyyətlərinin idarə olunması;
- hərbi iqtisadiyyat və müdafiə sənayesi kompleksi;
- Silahlı Qüvvələrin maddi-texniki təminatı;
- hərbi rabitə və idarəetmə sistemləri;
- kəşfiyyat;
- radioelektron mübarizə;
- hərbi politologiya.
Hərbi xüsusi elmlər sahəsi üzrə:
- hərbi pedaqogika və psixologiya;
- hərbi sosiologiya;
- hərbi hüquq;
- hərbi tarix;
- hərbi coğrafiya, hərbi fəaliyyət meydanı, ölkəşünaslıq və kosmoqrafiya;
- hərbi geodeziya, topoqrafiya, kartoqrafiya və fototopoqrafiya;
- hərbi hidroqrafiya və okeanoqrafiya, hərbi meteorologiya, hidrometeorologiya, geofizika;
- xüsusi növ silahlarin məhvetmə təsiri, mühafizə vasitə və üsulları;
- Silahlı Qüvvələrin fəaliyyətinin ekoloji təhlükəsizliyi;
- müharibə dövründə fövqəladə halların qarşısının alınması;
- silahlanma nəzəriyyəsi və silahlı mübarizə vasitələri, hərbi-texniki siyasət, silah sistemləri;
- silah və hərbi-texnikanın istismarı və bərpası, texniki təminatı;
- silah və hərbi texnikanin düşmənin aşkarlama və məhvetmə sistemlərindən mühafizəsi;
- silah və texnika, hərbi təyinatlı sistemlər və komplekslər;
- silah və hərbi texnikanın sınaq və nəzarət sistemləri, hərbi metrologiya;
- atış nəzəriyyəsi və effektivliyi, atəşin idarə olunması və təminatı;
- məhvetmə vasitələri və döyüş sursatları;
- döyüş vasitələrinin hərəkət dinamikasi və manevrliyi, xarici ballistika;
- hərbi naviqasiya;
- hərbi kibernetika, sistemli təhlil, əməliyyat tədqiqi, döyüş fəaliyyətlərinin və hərbi təyinatlı sistemlərin modelləşdirilməsi;
- hərbi mühəndis avadanlıqları və inşaat konstruksiyaları;
- hərbi elektronika, tanıma sistem və vasitələri, hərbi təyinatlı komplekslərin cihazları.
Hərbi təbabət elm sahəsi üzrə:
- hərbi terapiya;
- hərbi cərrahiyyə;
- hərbi gigiyena;
- hərbi epidemiologiya;
- hərbi toksikologiya, radiologiya və tibbi mühafizə;
- tibb xidmətinin təşkili və taktikası.
Milli təhlükəsizlik elm sahəsi üzrə:
- ölkənin milli təhlükəsizliyinin əsasları;
- ölkənin müdafiə təhlükəsizliyi;
- milli təhlükəsizliyin təmin edilməsi üzrə dövlət orqanlarının fəaliyyətinin əsasları;
- ölkənin humanitar və siyasi təhlükəsizliyi;
- ölkənin iqtisadi təhlükəsizliyi;
- ölkənin informasiya təhlükəsizliyi.