9 milyon mənimsəyən MTN generalının bu əmlakları özünə qaytarıldı |
Bölmə: Xəbər |
Tarix: 09.02.2023 / 15:14 |
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) general-mayoru Sübahir Qurbanovun müsadirə olunan əmlaklarının bir hissəsi geri qaytarılıb. 44Gun.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən göndərilmiş təqdimata həmin məhkəmədə baxılaraq qərar qəbul olunub. Hakim İlkin Rəsəbovun sədrliyi ilə keçirilən iclasda Sübahir Qurbanova məxsus iki ədəd mənzil və Masallının Qızılavar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin sabiq MTN generalına qaytarılması məqbul sayılıb. Onun Novxanıda 1 hektardan çox torpaq sahəsi və üzərindəki tikili, eyni qəsəbədə yerləşən bağ evi, Digah qəsəbəsində yerləşən torpaq sahəsi və yanacaq doldurma məntəqəsi üzərindəki müsadirə qərarı qüvvədə qalıb. Xatırladaq ki, Sübahir Qurbanov MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. 2015-ci ildə MTN ləğv olunduqdan sonra həbs edilib. O, çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin MTN-nin inzibati binasına gətizdirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etmək, onlardan külli miqdarda pul vəsaitlərinin əllərindən alınması, barələrində rüsvayedici məlumatlar yaymaqla hədələmə, dövlət büdcəsini israf etmə və s. kimi əməllərdə təqsirli bilinib. Onun bu cinayətlər vasitəsilə ümumilikdə 9 milyon manat pul və qiymətli əşyaları ələ keçirdiyi bildirilir. Qeyd edək ki, sabiq general 14 il həbs cəzası alsa da, 2020-ci ildə əfv olunaraq azadlığa çıxıb.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|