Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR




      Bölmə: Xəbər Tarix: 04.12.2024 / 18:05

Yaxın günlərdə futbol əfsanələri Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gələcək.

Dekabrın 11-də onların Bakı Kristal Zalında pərəstişkarları ilə xeyriyyə tədbirində görüşü olacaq. Eyni zamanda, Messinin futbol həyatını və mübarizəsini əks etdirən film də təqdim olunacaq.

Tədbirdə konsert proqramı da nəzarətdə tutulub. Dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam və məşhur “Morandi” qrupu çıxış edəcək.

Təşkilatçılar bilet satışından əldə olunan vəsaitin xeyriyyə məqsədilə yönəldiləcəyini bildirirlər.

Publika.az-ın əldə etdiyi məlumata görə, Messi və digər dünya ulduzlarını Azərbaycana səfərini xaricdə yaşayan, iş adamı kimi təqdim olunan, SOCAR-ın "qara kasiri" kimi tanınan Adnan Əhmədzadə təşkil edir. O, Messinin və onun "İnter Mayami"dəki komanda yoldaşlarının Bakıya gəlişinə görə əməlli xərcə düşüb. Söhbət 2 milyon avrodan gedir. Onlara Bakıda olduğu müddətdə çəkiləcək xərcləri, göstəriləcək xidmətləri və veriləcək qiymətli hədiyyələri nəzərə alsaq, bu məbləğin daha 1 milyon avro artma ehtimalı var. Üstəlik, konsert proqramına da xeyli xərc çəkiləcək. Bu o deməkdir ki, Messi və dostlarının gəlişi 3 milyon avroya başa gələcək.

Bakı Kristal Zalının tamaşaçı tutumu 25 min nəfərdir. 2 saat davam edəcək tədbirin biletlərinin qiyməti 10-50 AZN arasında olacaq. Bu o deməkdir ki, şou-proqramdan əldə ediləcək vəsait maksimum 600-700 min manat civarında olacaq. Deməli, tədbirin qazancı Messi və dostlarının xərclərini qarşılamayacaq.

Bəs bu şou Adnan Əhmədzadəyə niyə lazımdır? O, buradakı nüfuzunu və gücünü artırmaq istəyir. Eyni zamanda bunun fonunda Azərbaycandakı biznes imperiyasını böyütməyi planlaşdırır. Onun yaxın vaxtlarda Azərbaycan futboluna qoşulmaq və klub sahibi olmaq kimi planları da var. Bütün bu məsələlərdə irəliləyişə nail olmaq üçün ona "xeyriyyə tədbiri" yox, Messi vasitəsilə reklamı lazımdır. Adnan Əhmədzadənin "xeyriyyəçilik"lə məşğul olmaq kimi niyyəti olsaydı, 3 milyon avronu elə lazımı istiqamətdə xərcləyərdi. Daha şou üçün 3 milyon avro xərcləyib, xalqdan 600-700 min manat yığmazdı. Bir sözlə, Messinin və dostlarının astarı üzündən baha başa gələn səfəri "xeyriyyə" tədbiri yox, kimlərinsə piarıdır.


Bəs o piara xərclənən milyonlar kimindir?  ...







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)