Bakının səması niyə tozludur? - AÇIQLANDI




      Bölmə: Sosial Tarix: 27.05.2024 / 13:09

Bir neçə gündür Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olduğu müşahidə olunur. Rəsmi məlumata əsasən, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur. Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir. 

44Gun.Az xəbər verir ki, "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olmasının səbəbi şərq küləkləri nəticəsində Orta Asiyada səhralardan qalxan toz dumanının gəlməsidir.

Onun sözlərinə görə, eyni zamanda bəzən Yaxın Şərqdən, Afrikadan, Ərəbistandan da çox güclü küləklər şəklində toz dumanı ölkəmizə daxil olur.

Ekoloq deyir ki, amma hazırda havada müşahidə olunan qatılıq ölkə daxilində olan toz dumanı deyil: "Bu, Şərqdən daxil olan tozdur. Yəni Orta Asiyadan, Türmənistan ərazisindən daxil olan küləklərdir. Bunun iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur. Dünyanın hər yerində belə hallar baş verir. Xüsusən səhra bölgələrində güclü külək olduqda müxtəlif istiqamətlərə toz daşınır".

Mütəxəssis həmçinin vurğulayıb ki, havada olan toz dumanı insanların tənəffüs orqanlarına müəyyən təsir göstərir: "Adətən belə toz dumanı 1-2 günə keçib gedir. Amma hazırda iqlim də o qədər dəyişib ki, dəqiq bilmək olmur. Builki may ayı da iqlim dəyişikliyinə o qədər də aidiyyatı olmasa da, bir az yağıntılı, küləkli keçdi. İndi də hava isinməyə başlayır. Belə dəyişkən hava şəraitində toz dumanının bu gün və yaxud da sabaha bitəcəyini dəqiq demək olmur".






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)