Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?




      Bölmə: Xəbər Tarix: 14.12.2024 / 17:42

Lionel Messinin istedadının vurğunlarından biri kimi onun və başının dəstəsinin Bakıya səfərinin təfərrüatından xəbərdaram.

Hesablayıb gördüm ki, argentinal; təxminən 16 saat ölkəmizdə olub, dönəndən sonra da 504 milyon izləyicisi olan sosial şəbəkə səhifəsində video paylaşıb. İndiki məqamda Azərbaycana qalan elə budu. Allah canını salamat eləsin, inşallah, günlərin birində hansısa statusla yenidən buralara gəlsin!

Hə, indi keçək başqa məqamlara. Bildiyimə görə, bu səfərin təşkilatçısı Leonun dostu, uzun müddət ARDNŞ-də mühüm vəzifələrdə çalışmış Adnan Əhmədzadə idi. Argentinalı Fəxri Xiyabanda, Heydər Əliyev Mərkəzində oldu, Qarabağ atlarını izlədi, Kristal Zalda 15 dəqiqəliyə publika qarşısına çıxdı və getdi. Amma məni, eləcə də daha səviyyəli təşkilatçılıq gözləyən minlərlə adamı düşündürən suallar da yaratdı.

Dostlar, doğrudan-doğruya, bu nə idi? Axı bu çapda futbol adamı Azərbaycana gəlirsə, Prezident İlham Əliyevlə olmasa da, ən azı gənclər və idman naziri Fərid Qayıbov, yaxud AFFA prezidenti Rövşən Nəcəf ilə görüşməli deyildimi?

Görüşməməsi bu səfərin Azərbaycanın yox, Əhmədzadənin maraqlarına xidmət etməsi ilə bağlı təəssürat yaratdı. Şəxsən mənə elə gəldi ki, Adnan bəy kiməsə özünü göstərmək, gücünü sübut etmək (bir sözlə, əzələ nümayişi!) istəyirmiş. Yəni ki baxın a, mən kimi Azərbaycana gətirə bildim! Yəni ki daha böyük çapda olan adamam, yeri gələndə AFFA prezidenti postunu da mənə tapşırmaq olar! Adnan bəylə vaxtilə birgə çalışdığı Rövşən Nəcəfin münasibətlərinin səviyyəsi Messi ilə görüş təşkil etməyə imkan vermədimi? Şübhəlidi, həm də çox şübhəli!

Təşkilatçılıqla bağlı daha bir qüsur: Messi Azərbaycan mediası önünə çıxmadı, mətbuat konfransı bir yana, heç brifinq də olmadı, “Azərbaycanın mədəniyyəti və insanları ilə tanış oldum, hər kəsi salamlayıram, belə isti münasibətə görə təşəkkür edirəm, dəstəyə görə çox sağ olun" deməklə kifayətləndi. Maraqlıdı, mediaya danışsaydı, dünya dağılacaqdımı? Hələ mən media üçün heç bir akkreditasiya prosedurunun açıqlanmamasını, Kristal Zala düşə bilən həmkarlarımın da buna daha çox şəxsi əlaqələr sayəsində nail olduğunu demirəm. Belə təşkilatçılıq olur, Adnan bəy? Ölkənin futbol, idman təsərrüfatında hansısa yüksək vəzifəyə gəlsəz, yenə eyni dəst-xəttə sadiq qalacaqsız?

Kəsəsi, bu səfər ətrafında elə fon, ab-hava yaradıldı ki, sanki Azərbaycana dünya futbolunun əfsanəsi yox, hansısa şou-biznes ulduzu, meqastar gəlib. Messinin səfərində futbolla bağlı elementler nə oldu? Səhnədən futbolsevərlərə tərəf bir neçə top vurmaqdan başqa heç nə! Odu ki, millət vəkili Fazil Mustafanın təbirincə desək, azərbaycanlı Məsini gələcəyin Messisi görmək ümidi ilə yaşayanlar zərrəcə məmnunluq duymadı. Publika bu səfərin futbol rəmzlərini tapa bilmədi, ona elə gəldi ki, bir qrup imkanlı futbol adamı özləri kimi imkanlı iş adamının vətənini görməyə, uşaqlarla görüşməyə və onlarla şəkil çəkdirməyə gəlib. Vəssalam-şüttamam. Bu səfərdən futbolumuz daha böyük dividend götürə bilərdi və götürməliydi – mənim bayaqdan demək istədiyim əsas mətləb budu, sözün başına fırlanıram, vurnuxub qalmışam!

Ona görə də Messinin müəmmalı səfərinə futbol hadisəsindən daha çox şou-biznes, özü də ucuz şou macərası kimi baxmağa məcburam. Yox, Adnan bəyin və bu səfərin adı naməlum qalan başqa təşkilatçıların bunun əksini iddia edən hansısa dəlili varsa, ortaya qoysunlar.

Hə, bir də özfəaliyyət məqamı var. Yəni siyasi rəhbərlikdən xeyir-dua almadan, perspektivə hesablanan hansısa məqsədlər üçün çalışmaq...

Bax, bu lap pis detaldı. Vaxtilə Hafiz Məmmədov da belə özfəaliyyətlə məşğul olmuşdu, kuluarlarda Rövnəq Abdullayevdən sonrakı prezidentin özü olacağını demişdi. Hadisələrin “Bakı” və Hafiz bəy üçün necə nəticələndiyini bilirsiz. Yəqin Adnan bəy həmin məsələdən xəbərdardı.../.football-plus.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)