11 gün əvvəl yaranan şirkət Məşğulluq Agentliyinin 3,6 milyonluq tenderini necə udur?




      Bölmə: İqtisadiyyat Tarix: 08.02.2023 / 20:37

“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 658 min 122 manat 58 qəpik olan tender müsabiqəsinin qalibi “ZN Trade” MMC (VÖEN- 2007592551) olub.

“ZN Trade” MMC Məşğulluq Agentlyinin sifarişilə regional turizmin və müxtəlif sahələrdə məşğulluğun dəstəklənməsi məqsədi ilə malların alınması və quraşdırılması işlərini həyata keçirəcək.

Nizamnamə kapitalı 10 manat olan “ZN Trade” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Oksigen, ev 3/4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimov Nüsəddin Yolçu oğludur.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “ZN Trade” MMC tender müsabiqəsinin başlamasından cəmi 3 ay əvvəl dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, “ZN Trade” MMC bugünə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə tabe olan qurumların keçirdiyi 3 tenderdə qalib olub.
İlk dəfə “Protez-Ortopedik İstehsalat və Rabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən 3 milyon 758 min 808 manat 58 qəpik dəyərində tenderin qalibi olub. Tender elanı MMC-nin dövlət qeydiyyatına alındığı tarixdən cəmi 11 gün sonra elan olunub.
Göründüyü kimi, 3,6 milyon manatlıq tenderin qalibi tender elanından 11 gün əvvəl yaranan şirkət olub.

Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 11 gün əvvəl yaranan şirkətin 3,6 miilyon manatlıq tenderi uda bilmək üçün hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
Onu da qeyd edək ki, “ZN Trade” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Milyonlarla manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur./yeniavaz.com/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)