Şimaldan əli üzülən Ermənistan “işarəni” Qərbdən gözləyir




      Bölmə: Gündəm Tarix: 19.10.2022 / 13:46

Azərbaycan dünyanın ən böyük beynəlxalq təsisatı olan BMT-nin 30 il icra edilmədiyi qətnamələrini və qəbul edilmiş beynəlxalq hüquq prinsiplərini icra etdi.  Torpaqlarını işğaldan azad edən Azərbaycan Ermənistanın da regionda işğalçılıq siyasətinə son qoydu. 
 
İndi isə bəyanatda göstərilən maddələrin icrası istiqamətində addım atmaqda tərəddüd edən “Məğlub  lider”, Rusiyadan ümidinin üzüldüyünü görüb, “Qibləsini” Qərbə döndərib. Azərbaycan prezidentinin ATƏT və Minsk üçlüsünün məsələ ilə bağlı fəaliyyətləri haqqında  dəfələrlə “tarixə qovuşdu”-qətiyyətli  kəlməsinə baxmayaraq hələ də ermənilərin 30 illik romantikası bitməyib.
 
Avropa İttifaqı Mülki Missiyasının Azərbaycan-Ermənistan sərhəddinin Ermənistan tərəfində yerləşdirilməsinə Azərbaycanın ciddi reaksiya verməməsi deyəsən,  Paşinyanı əməlli-başlı cəsarətləndirib. İndi də Nikol yenidən ATƏT-ə  Azərbaycanla sərhəddə müşahidəçi göndərməyi xahiş edib. 
 
Digər tərəfdən dəfələrlə bu cür müraciətlərinə mənfi cavab alan Ermənistan KTMT-yə daxil olan ölkələrin sərhəddə baş verənlərə reaksiya vermələrini tələb edir. “Suda boğulan saman çöpündən yapışar” deyiblər. Ermənistanın bu günkü vəziyyətini tam olaraq bu cür qiymətləndirmək olar.
 
Azərbaycan və Türkiyəyə qarşı   isti münasibət bəsləməyən ölkələrə sözün əsl mənasında yalvarmağa başlayan Paşinyan yaxşı bilir ki, son akkordlarıdır. O, ya verdiyi vədləri yerinə yetirəcək, ya da yeni bir müharibənin başlamasına səbəb olacaq. Belə olan halda Ermənistanın mövcudluğu da sual altına düşəcək. Hindistana xarici içlər nazirinin rəhbərliyi ilə nümayəndə göndərməsinin altında da Hindistandan siyasi və hərbi yardımlar almaq niyyəti dayanır.
 
Amma artıq erməni millətinin bir baş biləni çıxıb deməlidir ki, çıxış yolu ancaq mənasız iddialardan əl çəkmək, normal qonşuluq münasibətləri  qurmaq və ən asası verilən sözləri tutmaqdan keçir.
 
Deməli, 2020-ci il Üçtərəfli Bəyanat və Bürüssel razılaşmalarından kənarda nə isə çıxış yolu axtarmaq sadəlöhvlükdən başqa bir şey deyil. Nə Hindistanın silah və texnika vədləri, nə Yunanıstanın yanınızdayıq təsəllisi, nə İranın ölkəmizlə sərhəddə texnika cəmləməsi, nə Fransanın boşboğazlığı, nə də başqa dövlətlərin “Saxta sevgi” nümayişləri türk torpaqlarında böyük Ermənistan xəyalı ilə mürgüləyən ermənilərin “Yuxusu”nu yoza bilməyəcəklər. İllərdir ki, Azərbaycana qarşı təsir “rıçaq”ı kimi istifadə etdikləri “Qarabağ” problemi artıq onlar üçün sonu hüsranla bitən bir hekayədir. Qəbul etsələr də etməsələr də.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)