Türkiyədə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini parçaladığı nöqtə aşkarlandı - FOTO |
Bölmə: Gündəm |
Tarix: 08.02.2023 / 11:11 |
Türkiyədə 7,7 bal gücündə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini kəsdiyi nöqtə tapılıb. Bu barədə İzmir Dokuz Eylül Universiteti Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri, geologiya mühəndisliyi üzrə professor Hasan Sözbilir məlumat verib. Hasan Sözbilir qeyd edib ki, apardıqları araşdırmalar nəticəsində Kahramanmaraş-Qaziantep magistral yolunun Tevekkelli kəndi yaxınlığında baş verən zəlzələnin təsiri ilə yolun üç metr kənara sürüşdüyü aşkarlanıb. "10 şəhərdə minlərlə insanın ölümünə və mal itkisinə səbəb olan qırılma xəttinin Yer səthi üzərində parçalandığı nöqtə müəyyən edilib. Bu, 7,7 bal gücündə zəlzələyə səbəb olan qırılma xəttinin səthi kəsdiyi ərazidir. Qırılma xəttinin parçalanması Yerin səthində orta hesabla ən azı üç metr sürüşmə yaradıb, onu asfalt yolun sol yan tərəfdən orta hesabla üç metr məsafədə yerdəyişməsindən də başa düşə bilərik. Bu qırılma xətti elmi ədəbiyyatda Gölbaşı-Türkoğlu seqmenti kimi tanınır. Beləliklə də qırılma xəttinin Gölbaşı-Türkoğlu xətti boyunca keçdiyini deyə bilərik. Bu zona boyunca və yaxınlıqdakı evlərin çox hissəsi dağılıb”, - deyə professor qeyd edib. Qeyd edək ki, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti Karlo Dayloni da açıqlamasında bildirib ki, Türkiyənin cənubunda baş verən zəlzələ geoloji sürüşməyə səbəb olub ki, nəticədə litosfer plitələri üç metr məsafədə yerini dəyişib. 


|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|