Təsadüfi adamlar media adından sui-istifadə edirlər - MŞ İdarə Heyətinin üzvü




      Bölmə: Sosial Tarix: 08.02.2023 / 00:20

Sualları Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət cavablandırır

- Cənab Həsrət, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda media subyektlərinə vergi güzəştləri edilməsi məsələsi müzakirəyə çıxarılıb. Nəzərdə tutulan güzəştlər özündə nəyi ehtiva edir?

- Media üçün nəzərdə tutulan güzəştlər bizim üçün vacibdir. İlkin olaraq təklif edilib ki, media üçün gəlir vergisi və əlavə dəyər vergisi ilə bağlı güzəştlər tətbiq edilsin. Rəsmi məlumat olmasa da, biz eşitmişik ki, reklam verənlərə güzəştlər tətbiq edilsin. Yəni çap və onlayn mediaya reklam verəcək şirkətlər, qurumlar, müəssisələr üçün güzəştlər tətbiq edilsin. Bu da nəticə etibarilə medianın ayaqda durmasına əlavə yardım kimi dəyərləndirilir. Mən ümid edirəm ki, ümümilikdə Milli Məclisin deputatları bu məsələlərdə ortaq məxrəcə gələcəklər və həm media üçün, həm də reklamla bağlı güzəştlər məsələsində. Hər halda ciddi medianın ayaqda dura bilməsinə əlavə töhfə verəcəklər.

- Tətbiq edilən güzəştlər medianın biznes baxımından fəaliyyətini stimullaşdıracaqmı?

- Ümumiyyətlə bu gün güzəştlər tətbiq ediləcəyi təqdirdə medianın keyfiyyət dəyişikliyini həll edə biləcəyik. Əlavə gəlirlərin əldə edilməsi, daha ağır ödəmələrdən bəlli bir müddət kənar durmaq imkanı. Bütün bunlar ona gətirib çıxaracaq ki, ciddiyəti ilə fərqlənən, özünə hörmət edən media qurumları daha keyfiyyətli jurnalistləri işə cəlb edə biləcəklər, daha yüksək əməkhaqqı təklif edə biləcəklər. Əsas odur ki, belə olan halda daha keyfiyyətli məhsulu istehlakçılara təqdim edə biləcəklər.

- Məsələnin müzakirəsində Medianın İnkişafı Agentliyinin icraçı direktoru jurnalistlərin media reyestrinə düşməsinin könüllü olduğunu qeyd etmişdi. Ancaq bunu fərqli istiqamətə çəkənlər oldu və bunun müəyyən bir qrupun media reyestrinə qarşı apardığı mübarizənin nəticəsidir. Bu belədirmi?

- Mən bu kampaniyanı görəndə təəccüblədim, çünki birmənalı şəkildə o məsələ aydındır ki, jurnalistlərin reyestrə düşməsi tələbi yoxdur, bu könüllüdür. Qaydalarda da yazılıb, hərhansı bir qanuni, məcburedici bir vəziyyət də yoxdur ortalıqda. Amma bəzi adamlar kampaniya başladıblar ki, guya media reyestrinə düşməyən jurnalistlərin fəaliyyəti yasaqlanacaqmış, bu məcburi imiş və s. Əlavə izahata ehtiyac oldu və ümid edirəm ki, o kampaniya aparanlar bundan sonra o kampaniyalardan çəkinəcəklər. Hamımız bilirik ki, media teyestrinə media qurumları düşməlidir, bunun üçün də vaxt tanınıb. Burada mən dəhşətli təhlükəli heçnə görmürəm, əksinə reyestrə düşməklə mediamızın keyfiyyətli qismini daha önə çəkmək imkanı yaranacaq və eyni zamanda da mediaya təsadüfi soxulmuş, yaxud da mediadan sui-istifadə edən şəxslərin qarşısını alacaq. Amma jurnalistlərin media reyestrinə düşmə məcburiyyəti əvvəlcədən də yox idi. Ona görə də bu adamların apardığı kompaniya təqdir edilə bilməz, əksinə tənqid edilməlidir. O adamlara anladılmalıdır ki, ictimai rəyi çaşdırmaq olmaz.

- Deyilənə görə, hazırda Azərbaycanda 25 mindən çox jurnalist vəsiqəsi mövcuddur. Böyük dövlətlərlə müqayisədə bu say olduqca çoxdur, jurnalistikanın inkişafı yolu bu qeyri-qanuni, fəaliyyətsiz vəsiqələrin ləğvindən keçmirmi?

- Bu rəqəmin dəqiqliyi sual doğura bilər, çünki konkret dövlət vəya qeyri dövlət qurumu yoxdur ki, jurnalist vəsiqəsinin statistikasını aparsın. Amma biz də əvvəlki illərdə də demişdik ki, 20.000, hətta daha çox jurnalist vəsiqəsi daşıyan şəxsin olma ehtimalı var. Əlbəttə ki, Azərbaycan kimi balaca bir ölkədə bu qədər vəsiqə daşıyıcısının olması özü əlavə suallar doğurur. Ona görə ki, ən ciddi media qurumlarımızda keyfiyyət problemi var. Bu isə ondan xəbər verir ki, normal bir media qurumunda normal iş qurmaq üçün biz jurnalistlər tapa bilmirik. Hətta illərlə özünə jurnalistəm deyən adamlar var ki, biz onların normal yazı yaza bilmədiyini müşahidə edirik. Əlbəttə ki, belə adamların jurnalistikada uzun müddət qalması, yaxud jurnalist adından sui-istifadə etməsi yolverilməzdir. Bundan başqa özünə jurnalist deyib ortalıqda dolaşan bir kütlə var. Bunların jurnalistika ilə nə yaxından, nə uzaqdan əlaqəsi yoxdur. Amma o adamlar ciblərində vəsiqə gəzdirirlər və iddia edirlər ki, jurnalistdirlər. Düşünürəm ki, media reyestri məhz bu cür halların qarşısının alınmasında əlavə bir kömək ola bilər. İkinci bir tərəfdəndə ümumiyyətlə mən düşünürəm ki, dövlət əlavə imkanlar yaratmalıdır ki, ciddi media daha ön çıxa bilsin. Ölkədə artıq normal, oturuşmuş media bütün sferalarda üstünlük təşkil etsin. O təsadüfi adamlar da media adından sui-istifadə edə bilməsinlər və başqa işlərlə məşğul olsunlar.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)