İmişli rayonunda biabırçılıq: Mağaza sahibi ərzaq almağa gələn qızlarla... – TƏFƏRRÜAT




      Bölmə: Xəbər Tarix: 07.02.2023 / 14:15

İmişli rayonunda 1991-ci il təvəllüdlü Cavid (adlar şərti verilib – red.) iki azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Cavid 2022-ci ilin mart-aprel aylarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində, yol kənarında yerləşən marketdə cinsi ehtirasını təmin etmək məqsədilə müxtəlif vaxtlarda mobil telefonla porno sayta daxil olub.

Marketə ərzaq almağa gələn 2013-cü il təvəllüdlü Südabə və 2011-ci il təvəllüdlü Aytənə saytda yerləşdirilmiş pornoqrafik məzmunlu, yəni seksual xarakterli filmləri izlətdirib.

Habelə 12 may 2022-ci ildə zərərçəkmiş qızlara qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxsləri mütəmadi olaraq onun işlətdiyi mağazaya alış-veriş üçün gəlib-gedəndən tanıyıb: “Təxminən 2022-ci ilin aprel ayında dükanda oturanda porno video izləyərkən beş uşaq, o cümlədən Südabə və Aytən dükana daxil oldular. Həmin vaxt telefonum qarşımdakı stolun üzərində idi. Dərhal videodan çıxmağa çalışsam da, hiss etdim ki, onlar videonu görüblər. Uşaqlar heç bir söz demədən ev üçün lazım olan ərzaqlar istədilər. Mən də onların istədiyi ərzaqları verdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Südabə nağd pul verməyib və borcu atasının adına yazmağı bildirib: “Uşaqlar dükandan çıxaraq getdilər. Bundan təxminən bir neçə gün sonra, günorta saatlarında Südabənin anası Bahar və Aytənin anası Lətifə dükana gəldilər, uşaqların məndən narazı olduqlarını dedilər. Mən səbəbini soruşdum, uşaqlara əxlaqsız video göstərdiyimi bildirdilər. Mən isə bu hadisənin tamamilə ehtiyatsızlıqdan baş verdiyini izah etdim və uşaqların valideynlərindən üzr də istədim. Qadınlar dükanda səs-küy saldıqda izahım yarımçıq qaldı”.

Cavid bildirib ki, bundan təxminən bir saat keçdikdən sonra Aytənin atası Vüqar dükana gəlib: “Mən hadisə necə olubsa, ona danışdım. Vüqar da belə şeyin təsadüfi olduğunu başa düşdü, bir qutu siqaret alaraq getdi. Daha sonra Südabənin nənəsi Validə mənə zəng edərək belə işlərin ayıb olduğunu bildirdi. Mən də hadisənin tamamilə təsadüfi olduğunu, belə vəziyyəti heç özümün də arzulamadığımı dedim.

Validə mənə vəziyyəti oğlu İslama izah etməyimi məsləhət gördü. Mən də İslamla görüşüb söhbət etmək üçün İmişli rayon bazarına getdim. Orada İslama dükanda porno video izləyərkən uşaqların dükana gəldiyini, ehtiyatsızlıqdan onların gördüyünü bildirdim. Ondan üzr istədim. İslam da açıqlamamı səmimi qəbul etdi, heç bir problemin olmadığını bildirdi”.

Cinayət işi üzrə zərərçəkmiş Südabənin sözlərinə görə, Cavidi kəndinin kənarında yerləşən mağazadan tanıyıb: “Hadisədən əvvəl dükana evdə mənə tapşırılan ərzaqları almaq üçün getmişəm. Dükana girəndə Cavidin telefona baxdığını gördüm. Ona alacağım ərzaqların adlarını dedim. Cvavid isə bunun əvəzində mənə telefonda baxdığı əxlaqsız bir videonu göstərdi, videoya axıracan baxmağımı istədi.

Mən baxmaq istəmədiyimi desəm də, o məni videoya axıracan baxmağa məcbur etdi. Yenə də etiraz etdim. Bundan sonra Cavid göstərdiyi video barədə gedərək kiməsə deyəcəyim halda atamı və anamı öldürəcəyini bildirdi. Bundan qorxaraq dükandan çıxıb evə qayıtdım. Anam nə üçün heç bir şey almadığımı soruşdu. Yalandan Cavidin yasda olduğunu və dükanın işləmədiyini dedim”.

Zərərçəkmiş qeyd edib ki, bu hadisədən sonra bir daha oraya getməyiob: “Sonuncu dəfə, yəni mayın 12-də bizə qonaq gəldi. Həmyaşıdlarımla birgə özümüzə su almaq üçün həmin dükana getdik.

Cavidə istədiyimiz ərzaqları dedikdən sonra o, əyləşdiyi yerdən qalxaraq bizim yanımızdan keçərkən sarğı nahiyəmə əli ilə toxundu. Dükandan çıxaraq evə qayıtdım. Yenə də qorxduğum üçün bu barədə nə valideynlərimə, nə də başqa heç kimə bir söz demədim. Yalnız qohumum və mənimlə həmyaşıdım olan xalam qızı Səbinəyə bu barədə danışdım. Səbinə də bunu anasına dedi. Səbinənin anası belə bir hadisənin olduğunu eşidərək mənim anama bildirdi. Bundan sonra atam da xəbər tutdu”.

Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb.

Cavid 8 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. /teleqraf.com/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)