Kriminal avtoritetlərə qarşı əməliyyat: 48 azərbaycanlı saxlanıldı - VİDEO
Bölmə: Hadisə
Tarix: 07.02.2023 / 13:41
Moskva yaxınlığındakı Mıtişi şəhərində kriminal avtoritetlərin yığıncağına polis müdaxilə edib.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, xüsusi təyinatlı polis dəstələri olan SOBR və OMON-un əməkdaşları qanunsuz silah və narkotik vasitələrin ticarəti ilə məşğul olan 50-dən çox şəxsi saxlayıblar.
Saxlanılanlardan 48 nəfərin Azərbaycan, 4-ü Ermənistan, Tacikistan və Dağıstandan olduğu bildirilib.
Onlardan cinayət fəaliyyətində iştiraklarının yoxlanılması üçün barmaq izi götürülüb.
Bundan əlavə, saxlanılanların üzərində "Sayqa" karabini, beş travmatik tapança və bıçaq aşkarlanıb.