Sumqayıtda 30 yaşlı gənc qonşu qadını əxlaqsızlıq etdiyi üçün öldürdü - TƏFƏRRÜAT




      Bölmə: Hadisə Tarix: 06.02.2023 / 15:23

Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Salman 1973-cü il təvəllüdlü qonşusu Leylanı (adlar şərti verilib - red.) qətlə yetirib.

Qətl hadisəsi 2021-ci ilin iyunun 23-də baş verib.

Həmin gün saat 23 radələrində Leylanın H.Z.Tağıyev qəsəbəsi ərazisində ölməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub. Zərərçəkmişin qonşusu Salman tərəfindən şəxsi münasibətlər zəminində münaqişə zamanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İstintaq orqanı tərəfindən Salmanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Əri öləndən sonra əlaqəni kəsdik"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qardaşıları ilə birlikdə yaşayıb: "Atam 2009-cu ildə, anam isə atamdan təxminən 6 ay sonra vəfat etdi. Qonşumuz Leyla qızı Bahar, oğlu Əli ilə birlikdə yaşayırdı. Evlərimizi daş hasar ayırır.

Leylanın əri öldükdən sonra onlarla münasibəti kəsdik. Daha onların evinə getmirdik. Buna səbəb Leylanın mənə böhtan atmağa meyl etməsi, düzgün həyat tərzi keçirməməsi idi".

"Leyla həyətimizə gəldi"

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2021-ci ilin mayında Leyla evlərinin arasında olan dəmir çəpərin öz həyətinə düşən hissəsinə it bağlayıb: "İt mənim evə gedib-gəlməyimə, həyətində iş görməyimə mane olurdu. Mən də Leyla ilə əlaqə qurmamaq üçün həyətdə söhbət zamanı qardaşıma dedim ki, Leylaya çəpərə it bağlamağın düzgün olmadığını çatdırsın.

Bu vaxt əmim oğlu da bizimlə birlikdə idi. Leyla bizi eşitdiyi üçün yaşadığı evin pəncərəsindən mənə qarşı nalayiq ifadələr işlətdi, itini həyətinin istənilən yerində bağlayacağını dedi".

Salmanın ifadəsinə görə, Leyla onların yaşadıqları evin həyətinə gəlib, sanitar qovşağın qarşısında olan dəmir vedrəni ayağı ilə əzməyə və ona qarşı nalayiq ifadələr işlətməyə başlayıb: "Mən də çox əsəbləşdim. Leylanı döymək istədim. Lakin qardaşımla əmim oğlu Leylanıhəyətdən çıxarıb evinə apardılar. Mən də əsəbimdən "Xiomi" markalı mobil telefonumu yerə çırparaq sındırdım".

"Qardaşım məsciddə yaşamağa başladı"

Salman deyib ki, Leyla ilə qızı Bahar arasında da münasibətlər yaxşı olmayıb: "Onlar mütəmadi olaraq mübahisə edirdilər. Leyla da qardaşımı çağıraraq Baharın mübahisə yaratdığını deyirdi. Onların mübahisələri mütəmadi hal almışdı. Nə vaxt aralarında mübahisə olurdusa, Leyla qardaşımı çağırırdı. Qardaşım Faiq Leylayla münasibət saxlayırdı. Faiqin onların arasında olan mübahisələrə qarışması məni çox narahat edirdi. Bu səbəbdən qardaşıma Leylanın evinə getməməyi, onların mübahisələrinə qarışmamağı məsləhət görmüşəm.

Leyla ilə Baharın mübahisələri mənimlə qardaşımın arasında da mübahisə yaranmasına səbəb oldu. Bu söz-söhbətlərə görə digər qardaşım Səlim yaşadığımız evdən çıxaraq H.Z.Tağıyev qəsəbəsində yerləşən məsciddə yaşamağa başladı".

Salmanın ifadəsinə görə, Səlim hər səhər işə gedib, axşamlar isə məsciddə qalıb: "Mən bibim Sevdanın evinə getdim, baş verənlər barədə ona məlumat verdim. Təxminən hadisədən iki həftə əvvəl bibim yaşadığımız evə gəldi. Məndən nə baş verdiyini soruşdu. Mən də olanları yenidən ona danışdım.

Leylanın qızı Baharla bütün mübahisələrində Faiqi çağırdığını, bu səbəbdən Faiqlə aramızın pozulduğunu dedim.

Bibim mənimlə birlikdə Leylanın baldızlarının yanına gedərək bu məsələ barədə məlumat verməyimizi, onlardan kömək istəməyimizi dedi. Mən də bibim ilə razılaşdım. Birlikdə Leylanın baldızları Samirə və Xumarın evlərinə getdik.

Söhbət zamanı bibim baş verənlər barədə Samirə və Xumara danışdı, onlardan kömək istədi. Lakin Samirə Leylanın abırsız qadın olduğunu, onunla münasibət saxlamadıqlarını dedi, köməkdən imtina etdi.

Samirə və Xumarın evinə getdiyimiz üçün Leyla ilə qardaşm arasında mübahisə yarandı. Qardaşım məndən nəyə görə onların evinə getdiyimizi soruşdu. Faiqə məcbur qaldığımı dedim.

Leyla evinin pəncərəsindən baldızlarına məlumat verdiyim üçün məni nalayiq ifadələrlər təhqir etdi. Bütün bu söhbətlərdən bezdiyim üçün yaşadığım evdən çıxdım. Məsciddə və bibimin evində qalmağa başladım".

"Onun hara getdiyini bilmədik"

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 23-də təxminən saat 13 radələrində məsciddə olan zaman qardaşı Səlim yanına gəlib: "Faiqlə baş verənlər barədə danışdığını dedi, nəyə görə evə getmədiyimi soruşdu. Mən də bu söz-söhbətlərdən bezdiyim üçün evdə qalmaq istəmədiyimi dedim.

Bu məsələlərə son qoymaq üçün Səlimlə birlikdə məsciddən çıxaraq Leylanın yaşadığı evə getdik. Darvazadan içəri daxil olaraq qapını döydük. Qapını Bahar açdı. Ondan anasını çağırmasını xahiş etdim. Bahar anası ilə danışmadığını dedi. Bahardan yenə eyni xahişi etdim. Daha sonra Bahar anasını çağırdı. Biz birlikdə həyətdə oturub söhbət etdik.

Söhbət əsnasında Leyla Xumar və Samirənin Baharla mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona qarşı nalayiq ifadələr işlətdiklərini dedi, mənimlə kobud danışdı. Bu səbəbdən biz evdən çıxdıq. Bizimlə birlikdə Bahar da evdən çıxdı, amma onun hara getdiyini bilmədik".

"Anamı söydü, bıçaq zərbələri vurdum"

Salman bildirib ki, yolda Səlimə kiməsə görə evindən ayrı düşmək istəmədiyini deyib: "Səlimdən ayrılıb bibim Sevdanın evinə getdim. Bibim evdə deyildi. Çox əsəbləşmişdim. Bu məsələyə tamamilə son qoymaq üçün təxminən 19 radələrində yenidən Leylanın evinə getdim.

Leyla evdə tək idi. Evinin qapısının qarşısında danışdıq. Leyla yenə mənimlə kobud davrandı".

Təqsirləndirilən şəxs bildirib ki, Leyla mobil telefonla danışmaq üçün içəri keçib: "Əsəbimdən çəpərdən öz yaşadığım evə qayıtdım. Bıçaq götürərək yenidən geri qayıtdım. Leylanın evinin qapısı açıq idi. Ona ailəmizdə söz-söhbət yaratdığını, bu söhbətlərə görə evimdə yaşaya bilmədiyimi dedim. Leyla nalayiq ifadələrlə təhqir edərək məni evdən qovmaq istədi.

Bu zaman sağ əlimdə tutduğum bıçaqla Leylanın bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurdum. Bıçaq vuran zaman əlim kəsildi. Onu sol əlimə keçirdim. Leyla məni evdən çölə çıxarmaq üçün həm nalayiq ifadələrlə təhqir etdi, həm də bıçağı tutaraq müqavimət göstərdi. Vəfat etmiş anamı da nalayiq ifadələrlə təhqir etdiyi üçün ona çoxsaylı bıçaq zərbələri vurdum.

Leyla bıçaq zərbələri altında evə daxil oldu və çarpayının üzərinə yıxıldı. Onun yıxıldığını görüb əlimdəki bıçağı yerə atdım və öz evimizə gəldim. Əlimdən qan axdığı üçün sanitar qovşaqda dəmir vedrə ilə əlimi yudum. Həyətdəki əski parçası ilə əlimi sarıdım və bibimgilə getdim.

Bibimin evinə çatdıqda şəxsiyyət vəsiqəmi götürdüm və oradan çıxdım. Bibimin əri məndən nə baş verdiyini soruşsa da, ona hər hansı məlumat vermədim".

"Təslim oldum"

Salmanın sözlərinə görə, daha sonra taksi ilə dayısı oğlunun Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən evinə gəlib: "Lakin yolda olanda şəxsiyyət vəsiqəmi də itirdim. Dayım oğlu ilə binanın həyətində qarşılaşdıq. Məndən nə baş verdiyini soruşdu. Ona adam öldürdüyümü dedim. Dayım oğlu ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə gəldim və təslim oldum".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Salman 17 il müddətinə azadlıqdan məhrum edilib. /buta.tv/






SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq