16 yaşlı şagird bu səbəbdən güllələnibmiş... - Dəhşətli qətlin təfərrüatı




      Bölmə: Gündəm Tarix: 19.10.2022 / 13:02

Mingəçevirdə məktəbli Orxan Kərimovu tapançadan açdığı atəşlə qətlə yetirən Əlvan Qasımovun məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Ə.Qasımov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sözügedən hadisə ötən ilin noyabrın 18-də Mingəçevir şəhərinin “Yeni Həyat” yaşayış massivində baş verib.

Məhkəmə zamanı Ə.Qasımov ifadəsində 16 yaşlı Orxan Kərimovu hansı səbəbdən öldürdüyünü açıqlayıb. 

O bildirib ki, O.Kərimov dayısı oğlu M.İsmayılovla birgə onun oğluna qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 

Ə.Qasımov bunu öyrənəndən sonra Orxanı öldürmək qərarına gəlib.

Əlvan qətlin baş verdiyi gün qonşuluqda şəhidin yas mərasiminə yollanıb və Orxanı da orada görüb. O, yas qurtardıqdan sonra axşam saatlarında evə gəlib və tikilidə gizlətdiyi tapançanı özüylə götürüb.

Ə.Qasımov marketdən siqaret alıb çıxarkən Orxanın tək piyada çayxanaya tərəf getdiyini görüb. Bir neçə dəqiqə sonra isə Orxan Kərimovun yanında həmyaşıdlıları ilə birlikdə çayxanadan çıxıb ev tərəfə getdiyinə şahidlik edib. Orxangilin yanından keçərkən Orxan Kərimov və yanındakı həmyaşıdları uca səslə gülməyə başlayıb.  Təxminən bir-iki metr həmin şəxslərdən uzaqlaşsa da, artıq səbri çatmayıb və yığılmış kütləyə tərəf geri qayıdıb. O, iç cibindən “Makarov” tipli tapançanı çıxararaq Orxana güllə qurtarana qədər atəş açıb. Silahda güllə qurtardığından atəşi dayandırıb, daha sonra tapançanı əlində saxlayaraq evə gedib. 

Evə daxil olan kimi oğluna Orxanı öldürdüyünü deyib və ailəsi ilə vidalaşıb. Bir neçə dəqiqə sonra isə onun evinə gələn polis əməkdaşlarına təslim olub. 

O, silahı necə əldə etdiyindən də danışıb. Əlvanın sözlərinə görə, o vaxtilə N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsini icra edib. Qasımov silahı 2002-ci ilin aprel ayında əsir götürdüyü erməni zabitinin üzərindən götürdüyünü, o vaxtdan özüylə saxladığını bildirib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)