“Dilarə Əliyeva məni Tünzalənin geyimində görəndə hönkürtü ilə ağladı...”




      Bölmə: Mədəniyyət Tarix: 06.02.2023 / 01:07

Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) “Qaratikan” serialındakı obrazını bundan sonra tanınmış aktrisa Sonaxanım Əliyeva canlandıracaq.

O, özü bu haqda Moderator.az-a açıqlama verib.

“Allah Tünzaləmizə qəni-qəni rəhmət etsin, ruhu şad olsun. Rejissor Ramin Hacıyevdən təklif gəldi. Təbii ki, Dilarə Əliyevanın tövsiyyəsi və məsləhəti ilə o məni bu rola dəvət etdi. İlk öncədən də belə danışmışdım ki, mən parodist deyiləm, aktrisayam. Heç kimi də parodiya etmirəm. Hər aktrisanın öz daxili dünyası, oyun tərzi var. Məndən də xahiş etmişdilər ki, bu rolu özün kimi oyna. Bu təbii haldır ki, tamaşaçılarımız o serialda Tünzaləni görüblər, gözləri ona öyrəşib. Çox gözəl bilirəm ki, bu ağır bir yükdür, mənim üçün çox çətin olacaq. Müəyyən bir vaxt olacaq ki, tamaşaçı qəbullansın, öyrəşsin. Tünzalə bizim üçün sıradan bir aktrisa olmayıb, hamımızın əzizi, istəklisi olub. Onun geyindiyi paltarları geyinmək mənim üçün o qədər ağırdır ki. Hətta ilk çəkiliş günü Dilarə xanım Tünzalənin geyimlərini mənim əynimdə görüb ona oxşatdı. O qədər ağladı ki” deyə sənətçi bildirib.

Sonaxanım Əliyeva bildirib ki, fevralın 15-də Tünzalə Əliyevanın doğum günüdür.

“15 fevral ad günüdür. Ona heç “Allah rəhmət etsin” demək istəməzdim. İstərdim ki, onu təbrik edib, “Allah can sağlığı versin” deyim. İnşallah, ailəsi, sənət dostları ilə birgə məzarını ziyarət edəcəyik. Ailəsi, sənət yoldaşları çalışır ki, 40 mərasiminə qədər məzarüstü abidəsi götürülsün. Bütün arzularımız bundan sonra qızı Zəhra ilə bağlıdır. Hamımız bu dünyada müvəqqəti yaşayırıq. Sabah mən də olmasam rolumu həmkarlarımdan kimsə oynayacaq. Bu işdir, serial dayana bilməzdi. Hələ sağ ikən, səsi batanda Dilarə xanıma, Ramin bəyə özü demişdi ki, mənim yerimə aktrisa dəvət edin. O sağ ikən halallıq vermişdi. Allah heç kimi can sağlığı ilə imtahana çəkməsin, bala dərdi göstərməsin” deyə aktrisa bildirib.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)