Qarpıza görə arvadını döyən şəxs: “Təpiklə ayağına bir neçə dəfə vurdum”




      Bölmə: Xəbər Tarix: 04.01.2023 / 23:30

Bakının Binəqədi rayonunda 1981-ci il təvəllüdlü Daşqın şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Nərminə (adlar şərti verilib - red.) xəsarət yetirib. 

44GUN.AZ demokrat.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin 14 iyulunda baş verib.  

Daşqın həmin gün saat 16:30-da Nərminlə yaşadıqları həyət evində mübahisə edib. Mübahisə zamanı o, Nərmini döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2018-ci ildə Nərminlə rəsmi olaraq boşanıb: “Lakin hazırda bir evdə yaşamağa davam edirik. Bizim iki övladımız var. Ailənin maddi ehtiyaclarını yenə də özüm ödəyirəm”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü yaşadığı evə gələrkən görüb ki, evin qarşısında bir avtomobil dayanıb: “Evin qapısına çatdıqda isə həyətdən bir nəfər şəxsin çölə çıxdığını gördüm. Həmin şəxsə yaxınlaşdım və ondan kim olduğunu, nə üçün evimə gəldiyini soruşdum. Həmin tanımadığım şəxs Nərminin iş yerindən evə qarpız göndərdiyini və onu gətirdiyini bildirdi. Həmin şəxdən daha heç nə soruşmadım və evə keçdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, saat 16:00 radələrində Nərmin evə gəlib. 

Nərminə nə üçün tanımadığımız adam ilə evə qarpız göndərdiyini, lazım gələrdisə, gedib qarpızı özümün götürə biləcəyimi söylədim: “Bu sözdən sonra Nərminlə aramızda sözlü mübahisə baş verdi. Mübahisənin gedişatında çox əsəbiləşdim. Həmin vaxt Nərminin acıqlı sözlərlə danışması məni özümdən çıxardı. Bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirdim, təpiklə ayağına bir neçə dəfə vurdum. Aramızda olan mübahisə sona çatdıqdan sonra Nərmin polisə şikayət etmək üçün zəng etdi”.

Zərərçəkmişin sözlərinə görə, hadisə günü, saat 16 radələrində keçmiş həyat yoldaşı Daşqınla aralarında sözlü mübahisəsi yaranıb: “Daşqın məni təhqir edərək əl və ayaq zərbələri ilə bədənimin qol, sinə, kürək hissəsinə, təpiklə sol ayaq nahiyəmə vuraraq xəsarətlər yetirdi. Daşqın məni dəfələrlə döyüb və təhqir edib. Əvvəllər də Daşqının məni döyməsi səbəbindən polisə müraciət etmişəm. Buna görə də məhkəmə qərarı ilə o tutulub. Daşqının məhkəməyə verilməsinə baxmayaraq, hazırda da məni döyüb, öldürməklə hədələyir”. 

Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Daşqın beş ay müddətinə azadlıqdan məhrum edilib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)