Pensiyaların artması üçün yenilik edilir - QANUNA DƏYİŞİKLİK




      Bölmə: Sosial Tarix: 04.02.2023 / 11:12

“Sosial sığorta haqqında” qanuna dəyişiklik edilərək Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya kimi istifadə edilməsi vətəndaşlar üçün faydalı olacaq.

44GÜN.AZ xəbər verir ki, qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri olur və bu vəsaitlər bu ildən digər ilə keçir.

“Yəni vəsaitlər faydasız qalır. Amma həmin vəsaitlər müəyyən investisiyalara yönəldilsə, oradan gələn gəlirlər də həm pensiyaların artmasına, həm də pensiya kapitalının məbləğinin çoxalmasına, eyni zamanda, müavinətlərin artmasına xərclənə bilər. Vətəndaşın sığorta haqları yığılır və ölü kapital kimi qalır ki, bunun da vətəndaşa heç bir faydası yoxdur. İndi isə həmin vəsait müxtəlif investisiya layihələrinə qoyulacaq və oradan gələn gəlir də proporsional olaraq bölünüb vətəndaşın pensiya kapitalının üzərinə gələcək ki, vətəndaş pensiyaya çıxanda pensiyanın və ya müavinətinin məbləği artacaq”, - deyə M.Quliyev bildirib.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 3-də keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna yeni bəndin əlavə edilməsi müzakirə edilib. Yeni bəndə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

Xatırladaq ki, 2023-cü ildə DSMF-nin cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır.

2022-ci il üzrə isə bu xərclər 5 milyard 606,27 milyon manat proqnozlaşdırlmışdı. Fondun xərclərində artım əsasən əmək pensiyalarının maliyyələşdirilməsi (5 907 180 000,0) üzrə proqnozlaşdırılıb ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün əsaslı maliyyə zəminini formalaşdırır. (Trend)






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)