Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.
44GÜN.AZ xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam verilib.
"Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır", - məlumatda deyilir.
İntiqam Hacılı açıqlamasında bildirib ki, Lənkəran Teatrında hazırda aparılan təhvil-təslim prosesi indiyə kimi bu formada aparılmayıb.
"Belə bir təhvil-təslim prosesi indiyə kimi bizim teatrda aparılmayıb. Yəni nə var, hər bir şeyin hesabatını aparırıq. Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi, ona görə proses yanvarın 28-dən başladı. Bir neçə günə, yəqin ki, bitər". /apa/