Rəhimovun “biznes ledi”si NAZİR GƏTRİLİR? - VİDEO




      Bölmə: Gündəm Tarix: 04.01.2023 / 18:36

Son dövrlər özünü cəmiyyətdə daha çox xeyriyyəçi “biznes ledi” kimi tanıdan Ruhi Əliyevanın böyük piarı aparılır. Tovuzlu xanım ən baxımlı kanaldan tutmuş, ən bahalı manşet, ən çəlimsiz sayta kimi hər yanda az qala bütləşdirilir. “Tovuzlu xanım” vurğusu səbəbsiz deyil. Çünki Ruhinin tarixçəsi oradan başlayır.

Beləki, Ruhi Əliyeva 1977-ci il martın 8-də Tovuzda dünyaya gəlib. Ali təhsili barədə məlumat əldə etmədik. Peşəkar səhnəyə 2007-ci ildə qədəm qoyub. Belə deyək, orta məktəbdən 13 il sonra məşhurlaşıb:

– ilk klipi çıxıb;

– 2009-da yeni albomu təqdim olunub;

– teleaparıcılıq edib.

Yəqin Putinin tovuzlu dostu İlham Rəhimov barədə eşitmisiniz. Ruhi özündən 26 yaş böyük bu oliqarxla əvvəlcə vətəndaş nikahında, ardınca ailəli olub. O vaxtlar hər kəs Ruhiyə bağışlanan çoxmilyonluq villalardan, qiymətli hədiyyələrdən bəhs edirdi. Cütlüyün uzun müddət övladı olmurdu, elə fikir ayrılığı da o vaxtdan başlayıb. Çünki Ruhi hamilə qalarkən və uşaqları dünyaya gətirmək üçün xaricə yollandıqda onlar artıq ayrılmışdılar. Hətta İlham Rəhimov sabiq millət vəkili Rəbiyyət Aslanova ilə ailə qurmuşdu. Ruhi ölkəyə qayıtdıqdan sonra İlham Rəhimovla onun arasında mal-mülk davaları alovlandı. Səbəb uşaqların atasının övladların ondan olmasına şübhə etməsi idi. Lakin sonradan İlham Rəhimov Ruhi ilə barışıb. Deyilənə görə, uşaqları özünə oxşatmışdı. Əkizlərin himayəyə götürüldüyü, eks cütlüyün ara-sıra görüşdüyü deyilir. Onsuz da İlham Rəhimovun Rəbiyyət Aslanova ilə qısa evliliyi siyasi məqsəd kəsb edirdi. Çünki eks millət vəkilinin oğlu “nurçu qalmaqalı”na qədər Prezident Administrasiyasında şöbə müdiri olub. İlham Rəhimovun deputatlığa 2000-ci ildəki uğursuz cəhdindən sonra siyasətdən gedişi onun parlament eşqində olmadığını deməyə əsas verir. Ona görə də İlham-Rəbiyyət nikahının siyasi tərəfi sirr olaraq qalır.

QAYIDAQ “BENTLEY”DƏ (99-RR-002) DOLAŞAN RUHIYƏ… XANIM ƏLIYEVA BMT ILƏ ƏLAQƏSI OLMAYAN AGENTLIKLƏR TƏRƏFINDƏN VERILƏN MÜKAFATI BMT BOYDA ŞIŞIRDIR. AVROPADA TANINMAYAN AVROPANIN “ŞƏRƏF” ORDENINI ALIR. “LIATRIS HOLDING”IN RƏHBƏRI “GOLD FACES OF AZERBAIJAN – 2022” MÜKAFATINA LAYIQ GÖRÜLÜR. TÜRKIYƏNIN ANKARA ŞƏHƏRINDƏ FƏALIYYƏT GÖSTƏRƏN TÜRK DÜNYASI ARAŞDIRMALARI BEYNƏLXALQ ELMLƏR AKADEMIYASI ONA “TÜRK DÜNYASINDA ILIN IŞ ADAMLARI” FƏXRI ADI ILƏ “ALTIN YILDIZ” MEDALI TƏQDIM EDIR…

Bununla yanaşı, onun bəzi mükafatlandırmalarından şəhid və qazi ailələri də narazıdır. Şəhid Heydərov Qadirin atası Ədalət hazırladığı videomüraciətdə oğlunun Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması üçün döyüşüb şəhid olduğunu xatırladıb. Oğlunun yalnız “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğunu bildirən Ədalət Heydərov Ruhi Əliyevanın müxtəlif təltifetmələrinə etiraz edib. Hətta şəhid ailəsi və qazilər Prezidentə müraciət hazırlayır. Çünki onların fikrincə, Müdafiə Nazirliyinin Ruhini qəhrəmanlaşdırması biabırçılıqdır.

Onu da deyək ki, Ruhi Əliyevaya “Topçu Ruhi” də deyirlər. Özünün dediyinə görə, Müdafiə Nazirliyinin icazəsi ilə bir dəfə Tərtərdə top atıb. Yəni özünü mərminin, topun, tankın önünə verən oğulların layiq olduğu təriflərin Ruhiyə yağdırılması acınacaqlı durumdan xəbər verir. Buna xalqda döyüş ruhunun sındırılması adı da vermək olar. Bu iş isə Rusiya və Kremlin ölkəmizdəki 5-ci kolonuna sərf edir. Bu gün Putinin ən yaxın dostlarından olan İlham Rəhimovun uşaqlarının anası reklam olunursa, 5-ci kolon iş başındadır.

AMMA AZƏRBAYCAN ƏHALISI GÖRÜNTÜDƏN DOYUB VƏ YALNIZ ƏMƏL, KONKRET ADDIM QIYMƏTLƏNDIRMƏSI APARIR. YƏNI RUHI DEPUTAT OLSA, BU, SEÇICI SEVGISI VƏ ISTƏYI DEYIL. YAXUD MƏDƏNIYYƏT NAZIRI POSTUNU TUTSA, YENƏ DƏ BU, SADƏ VƏTƏNDAŞLARIN AĞLINDAN KEÇMIR.

Ruhinin vəzifə halallığı verilibsə, bunu yalnız son illər aktuallaşan kadr islahatları ilə bəraətləndirmək mümkündür. Gender bərabərliyi donu da yaraşar ki, doğrudan da qadınlara yüksək vəzifələr verilir. Guya Ruhidən başqa vəzifəyə layiq alisavadlı kadr yoxdur? Digər tərəfdən sahibkarın, iş adamının dövlətdə vəzifəsi tutması, deputatlıq mandatı alması normaldırmı?

Azərbaycanda hə!







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)