Azərbaycanda DƏHŞƏT! - Məktəbli qız HAMİLƏ QALDI




      Bölmə: Sosial Tarix: 09.11.2023 / 00:29

Mingəçevir şəhərində 2006-cı il təvəllüdlü İsmayıl sosial şəbəkədə tanış olduğu yetkinlik yaşına çatmayan Nuranə (adlar şərti verilib -red.) ilə cinsi əlaqədə olub.

44gun.az teleqraf.com-a istinadən bildirir ki, Ağdaş rayon sakini İsmayıl Mingəçevir sakini Nuranə ilə 2022-ci ilin oktyabrında "İnstagram" sosial şəbəkəsində tanış olub.

Nuranə ilə münasibət qurduqdan sonra noyabrın əvvəllərindən dekabrın sonlarınadək bir neçə dəfə onunla könüllü razılığı əsasında cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əsl adı İsmayıl olsa da, tanış-qohum ona "Elmar" deyə müraciət edir: "2022-ci ilin oktyabr ayının sonlarında "İnstagram"da Nuranə ilə tanış oldum. Həmin vaxtdan onunla mütəmadi şəkildə danışıb əlaqə saxlamağa başladım. Ona əsl adımı, soyadımı və atamın adını düzgün demədim. Nuranə ilə yazışmalar apararaq bir-birimizə bağlandıq".

Təqsirləndirilən şəxs qeyd edib ki, Nuranə ilə 2022-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhərində parkda görüşdükdən sonra insanların arasında görüşməyin təhlükəli olmasını və valideynlərini onu görə biləcəklərindən qorxduğunu deyib: "Bundan sonra onunla gizli yerdə, ya da valideynləri olmayanda onun yaşadığı mənzildə görüşmək qərarına gəldik. İlk dəfə 2022-ci ilin noyabr ayının əvvəllərində valideynləri olmayanda Nuranə ilə zəngləşib yaşadığı mənzilə getdim. Mənzildə divanda oturub söhbət edərkən qucaqlaşıb öpüşdükdən sonra qarşılıqlı olaraq cinsi əlaqədə olmağı arzuladıq. Bu səbəbdən yataq otağına keçdik. Nuranə ilə təbii yolla cinsi əlaqədə oldum, onun qızlıq bəkarətini pozdum".

İsmayılın ifadəsinə görə, 2022-ci ilin noyabr və dekabr aylarında Nuranənin yaşadığı evə gedərək onunla 4-5 dəfə də təbii yola cinsi əlaqədə olub: "Nuranə hamilə qaldığını, bunu anasından bunu gizlətmək üçün hicaba girəcəyini dedi. Həqiqətən də hicab daşımağa başladı. Çox çalışsalar da, Nuranə və özüm azyaşlı olduğumuzdan vəziyyəti valideynlərimizə açıqlaya bilmədik. Bir-birimizi sevdiyimizdən, gələcəkdə evlənmək fikrində olduğumuzdan əlaqəni kəsmədik. Daha sonra anası hamilə olmasından şübhələndiyindən onu xəstəxanaya apardı. Mən də Nuranə ilə aramızda baş verənlər bilindiyi üçün könüllü olaraq Mingəçevir şəhər polis şöbəsinə gedərək törətdiyim əməli boynuna aldım".

Bu cinayət işinə Mingəçevir şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə İsmayılın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

İsmayıl 8 ay sınaq müddəti olmaqla 1 il müddətinə şərti cəza təyin olunub.






SON XƏBƏRLƏR
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq
9-11-2023, 00:53
Niyə hansısa evli kişinin pulu ilə... - Xoşqədəm
9-11-2023, 00:29
Azərbaycanda DƏHŞƏT! - Məktəbli qız HAMİLƏ QALDI
9-11-2023, 00:23
Noyabrın 9-u və 10-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
9-11-2023, 00:18
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR! - VİDEO
9-11-2023, 00:08
9 Noyabr – Müstəqil Azərbaycanın Dövlət Bayrağı Günüdür
9-11-2023, 00:02
Türk aparıcıdan Xoşqədəmə qarşı gözlənilməz addım - FOTO
8-11-2023, 23:57
DTX-nin Laçın rayon şöbəsinin açılışı olub - FOTO
8-11-2023, 23:49
Elgizdən Əli Mirəliyevi tənqid edənlərə CAVAB: “Ağzını “skoç” layaq?”
8-11-2023, 23:42
Əjdaha ilinin VARLI BÜRCLƏRİ: Pul içində üzəcəklər
8-11-2023, 23:37
Xankəndidə çəkilən bu görüntü izlənmə rekordu qırır - VİDEO
8-11-2023, 12:22
Hüseyn Məhəmmədoğlu “Rəngarəng səhər” verilişini biabır etdi - VİDEO
8-11-2023, 12:17
Azərbaycanlı müğənni qəza KEÇİRDİ: VƏZİYYƏTİ AĞIRDIR - FOTO
8-11-2023, 12:04
“Müğənni olmaq istədiyimi deyəndə döyüldüm” - VİDEO
8-11-2023, 11:45
XİN Zəfər Günü ilə bağlı paylaşım edib