Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR! - VİDEO




      Bölmə: Maraqlı Tarix: 09.11.2023 / 00:18

Qaraciyəri məhv edən 9 qida

Bu gün sizə bədənimizdəki ən vacib orqanlardan biri olan Qaraciyəri məhv edən, onu zamanla sıradan çıxaran 9 qidadan danışacam. 

Qaraciyərin orqanizmdəki vacib rolunu hamımız bilirik.  Mədə-bağırsaq traktatından keçən qidalardakı komponentlər orqanizm tərəfindən mənimsənilmək üçün, əvvəlcə, bu orqanda emala məruz qalır.  Həyati vacib maddələrin orqanizmin bütün hissələrinə çatması üçün qaraciyər dayanmadan işləyir. Qaraciyər, həmçinin, orqanizmin təmizlənməsində də əhəmiyyətli rola  malikdir.  Yediyimiz yeməklərin, yaxud hansısa xəstəlik səbəbilə içdiyimiz dərmanların bəziləri orqanizmi əməlli-başlı zəhərləyə bilir.  Qaraciyər məhz bu cür təhlükəli maddələri emaldan keçirərək daha az zərərli hala gətirir.  Qeyri-düzgün qidalanma, alkoqol, viruslar qaraciyərin işinə mane olmaqla yanaşı, onu xəstələndirirlər.  Buna görə də, orqanın sağlamlığı haqqında əvvəldən düşünmək yaxşıdır. Bunun üçün aktiv həyat tərzi keçirmək, zərərli vərdişlərdən imtina etmək,  mənfi təsir göstərən qidaları rasiondan xaric etmək, faydalı məhsullara üz tutmaq lazımdır.
Qaraciyərə zərər verən qidalar.
Mənşəyi bilinməyən yağlar. Bu yağların tərkibində heyvan və bitki mənşəli yağlar, böyük miqdarda qida əlavələri var.  Məhsulun əsas işlənmə istiqaməti sobada bişirilən yeməklər və ya şirniyyatlardır.  Amma bu, düzgün deyil.  Çünki bu zaman trans yağlar digər komponentlərin üstünü qabıq kimi örtür. Beləcə, həmin komponentlər orqanizm tərəfindən mənimsənilə bilmir.  Trans yağları neytrallaşdırmaq üçün orqanizm “gərgin rejim”də işləməyə məcbur olur.  Yaxşı olar ki, rasionunuzda marqarin əvəzinə təbii kərə yağı, yaxud zeytun yağı seçəsiniz.
Mənşəyi bilinməyən konservlər. 

Bu məhsullar, sözün əsl mənasında, qaraciyərin işinə mane olurlar. Onların tərkibində zərərli maddələr boldur. Yağ, sirkə və duz  siyahının əvvəlindədir. Adətən, konservlərə normadan iki dəfə, dəfə yarım çox duz qatırlar.

Mədə-bağırsaq traktatında problem olan insanlara bu məhsulların qəbulunu dayandırmaq tövsiyə edilir.  Ürək-damar xəstəlikləri və sidik sistemi xəstəlikləri də konservlərin mənfi təsirindən öz “paylarını alır”.  Məhsulların mütəmadi qəbulu xəsarətin həcmini artırır.

Yağlı yeməklər. Qaraciyərə, öd kisəsinə və öd suyunun fəaliyyətinə mane olan qidalar siyahısında yağlı yeməklər də var.  Ona görə də,  heyvan mənşəli, yaxud bitki mənşəli yağların qəbuluna nəzarət edilməlidir.  Salo, kolbasa, kərə yağı, ördək və donuz əti, yağlı ət yaxud tərəvəz həlimləri, yarımfabrikatlar, piroqlar və bu kimi bir çox qidalar daha çox o zaman təhlükəli olur ki, qızardılsın. Yaxşı olar ki, bu qida məhsullarını sobada, buxarda, yaxud isti suda bişirərək yeyəsiniz.  Kartof qızartması və çipsilərin yüksək miqdardakı qəbulu da məsləhət görülmür.  Qızarmış kartof orqanizmə  toksin daşıyır.
Duz. Həddən artıq duz qəbulu qaraciyəri öldürməyə qadirdir.  Duzun çoxluğu hüceyrələrin ölümünə və fibroza səbəb olur. Sutka ərzində duzun qəbul norması 5 qr-dan çox olmamalıdır. Amma rasionumuzda duz o qədər çox olur ki, imtina etmək bəzən mümkünsüz gəlir.  Böyük hissəsini hazır və ya emal edilmiş məhsullar vasitəsilə qəbul edirik. Məsələn; kolbasalar, hisə verilmiş məhsullar, pendir, konservlər, çipsi və bir çox bu kimi məhsul duzla zəngindir.  Duzun çoxluğu orqanizmdə susuzluq da yaradır ki, bu da çəki artmasının ilkin səbəblərindən biridir.  Duzlu nəsə yedikdən sonra su içmək istəyimizin baş qaldırması məhz bundandır.  Maye balansını qoruyub saxlamaq üçün orqanizm var gücüylə işə qoyulur.

Şəkər. Qaraciyərin sağlamlığını təhdid edənlərdən biri də şəkərdir.  Faktiki olaraq, istənilən qida məhsulunda şəkərlə rastlaşmaq olur. Sousların, yarımfabrikatların, süd məhsullarının, çörəyin, vitrindəki şirələrin,  tez hazırlanan səhər yeməklərinin, fərqli desertlərin tərkibində şəkər bol miqdardadır.  Həddən artıq şəkər qəbulu qaraciyəri gücə  salır. Gün ərzində nə qədər  çox şirin qida qəbul etsəniz, orqanizm o qədər çox insulin ifraz edir.  Artıq şəkərlərin yağa çevrilərək depolanması baş verir.  Qaraciyərin hüceyrələrində qlükoza üçün hər zaman lazımi qədər yer olmur. Buna görə, şəkərin yağa çevrilməsi daha da sürətlənir.  Bu, qaraciyərin yağlanması probleminin əmələ gəlməsində əsas faktorlardan biridir.






SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq