Azərbaycanda QƏRİBƏ HADİSƏ: Bəy öz toy məclisində…




      Bölmə: Sosial Tarix: 08.11.2023 / 01:24

Şirvan Apellyasiya Məhkəməsində Biləsuvar rayonunda xuliqanlıqda təqsirləndirilən Namiq Əsədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

44gun.az  xəbər verir ki, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi hökmün ləğv edilməsini və müvəkkilinə bəraət verilməsini xahiş edib.

Müdafiəçi apellyasiya şikayətində qeyd edib ki, Namiq Əsədovun və zərərçəkmişin birinci instansiya məhkəməsində verdiyi ifadələr saxtalaşdırılıb. Dövlət ittihamçısı vəsatət verərək, cinayət işində məhkəmə iclasının audioyazısının olmadığını bildirib və bu qərar çıxarılmasını kollegiyadan xahiş edib.

Qərara əsasən, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilib. Təqsirləndirilən şəxsin hazırlıq iclasının qərarı ləğv edilib və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılıb.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Namiq Əsədov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 25 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən şadlıq saraylarından birində keçirilən toy məclisində qeydə alınıb.
Belə ki, toy məclisi zamanı zərərçəkmiş Habil Məmmədov (şərti) Namiq Əsədovun bəy-gəlin masasına yaxınlaşaraq toyda bir nəfər şəxsin içkili vəziyyətdə nalayiq ifadələr işlətməsinə irad bildirib. Bu zaman bəylə zərərçəkmiş arasında mübahisə yaranıb. Daha sonra Namiq ona nalayiq sözlər işlədib, məclisdə səs-küy salıb, mübahisə edərək dalaşıb. Dava nəticəsində o, Habilin baş nahiyəsindən yumruqla bir neçə dəfə vuraraq ona xəsarət yetirib.

Hadisədən sonra Namiq Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.|Pravda.az|






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)