“Azərenerji”nin 4,2 milyonluq tenderini Baba Rzayevin qohumlarına bağlı şirkət uddu - Faktlar




      Bölmə: Gündəm Tarix: 03.02.2023 / 15:19

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji” ASC tərəfindən "Müxtəlif növ elektrik mallarının satın alınması" məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Electro Service" QSC (VÖEN – 1504224741) olub.

“Azərenerji” “Müxtəlif növ elektrik mallarının satın alınması" üçün "Electro Service" QSC-yə 4 milyon 209 min 465 manat 80 qəpik ödəycək.
Məlumat üçün bildirək ki, "Electro Service" QSC 08.10.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşir. "Electro Service" QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.

Maraqlı məqamlardan biri odur ki, dövlət qurumlarının keçirdiyi milyonluq tenderlərin qalibi olan "Electro Service" QSC barəsidən açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var. 2018-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınan şirkət cəmi 8-9 ay sonra “Azərişıq” ASC-nin keçirdiyi 787 min manatlıq tenderi udub. "Electro Service" QSC təkcə 2022-ci ildə 8 tender müsabiqəsində qalib olub.

Diqqət çəkən digər bir maraqlı məqam isə odur ki, "Electro Service" QSC dövlət qeydiyyatına alınan zaman şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşib. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Fuad Alxaz oğlu olub.

Qeyd edək ki, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir. Məsələn, 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan və hüquqi ünvanı Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşən “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.

Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda  "Göknur Bakı Ltd” MMC-nin (VÖEN - 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.

Bundan başqa “Zirə Aqropark” MMC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.

4,2 milyonluq tenderin qalibi olan “Electro Service" QSC-nin hazırki qanuni təmsilçisi Tural Babayevin kim olduğu bilinmir. Lakin, açıq internet resurslarda Zirə qəsəbəsinin sakini olan Tural Babayev adlı şəxsin “Santral Elektrik LTD” MMC-də işlədiyi qeyd olunub.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)