Azərbaycanlı milyarder, "Kiyevskaya Ploşad" şirkətinin direktorlar şurasının sədri, Moskvadakı nəhəng "Fud Siti" meyvə-tərəvəz bazasının sahibi Qod Nisanov şəxsi təyyarəsi ilə Bakıya gəlib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, burada müəyyən görüşlər keçirib, bu gün isə istirahət üçün Qəbələyə gedib.
Onun Azərbaycana 8 noyabrda Xankəndidə keçiriləcək Zəfər paradına qatılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan əsilli milyarder 24 aprel 1972-ci ildə Qubada Qırmızı qəsəbədə anada olub.
O, 2007-ci ildə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif olunub.