Taksi sürücüsü hazırlıq kursundan çıxan məktəbli qızın namusuna toxundu – Füzuli rayonunda şok olay




      Bölmə: Hadisə Tarix: 05.11.2023 / 16:34

Füzuli rayonunda 1985-ci il təvəllüdlü Ziya yetkinlik yaşına çatmayan Şəlaləyə (adlar şərti verilib – red.) təcavüz edib.

Ziya valideynləri ilə razılaşmaya əsasən 20 oktyabr 2021-ci ildə saat 16.15-də özünə məxsus olan “VAZ 21074” markalı avtomobillə Şəlaləni yaşadığı kənddən dugər kəndə müəllim yanına hazırlıq kursuna gətirib.

Daha sonra avtomobilin arxa sağ qapısının salonundan açılmasını əngəlləyən düyməni yerindən çıxarıb. Şəlalə saat 18 radələrində hazırlıq kursunu bitirərək avtomobilin yanına gəlib və arxa sərnişin oturacağına oturduqdan sonra Ziya öz oturacağını tam arxaya verib.

Şəlalə Ziyanın hərəkətlərindən şübhələnib və avtomobilin qapısının şüşəsini açaraq düşmək istəyib. Lakin Ziya Şəlalənin köməksiz vəziyyətindən istifadə edərək, onun qollarından tutub, ona maneə yaradıb. Daha sonra qıza zorakılıq göstərib, seksual xarakterli digər zorakılıq hərəkətləri edib.

Şəlalə bir əlini Ziyanın əlindən çıxararaq avtomobilin qapısının şüşəsini açıb, qışqırıq salıb, yaxınlıqda olan kənd sakini onlara yaxınlaşıb. Avtomobilin qapısını açmaq istəyərkən bağlı olduğunu görüb, qışqıraraq avtomobilə bir neçə təpik zərbəsi vurub.

Bundan sonra Ziya oturduğu oturacağı əvvəlki vəziyyətinə qaytarıb. Şəlalə avtomobilin digər qapısını açaraq yerə düşüb.

İstintaq orqanı tərəfindən Ziyanın barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ziya ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, Şəlalə ilə eyni qəsəbədə yaşayır, onunla və ailə üzvləri ilə heç bir ədavəti və ya düşmənçiliyi olmayıb: “Təxminən hadisədən 1 ay əvvəl Şəlalənin atası Sadıxla qəsəbə ərazisində qarşılaşaraq söhbət etdik. Sadıx avtomobili olmadığı üçün 80 manata qızı Şəlaləni və uzaq qohumu Əsməri Beyləqan rayonunin kəndlərindən birinin ərazisində fəaliyyət göstərən müəllimin evinə hazırlığa aparıb-gətirməyimi xahiş etdi. Təkliflə razılaşdım. Şəlalə və uzaq qohumu Əsməri hazırlığa aparıb-gətirməyə başladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günə kimi təxminən 8-9 dəfə qızları qəsəbədən götürüb və müəllimin evinin qarşısında düşürüb: “Məni onları gözləmişəm, hazırlıq qurtardıqdan sonra yaşadığımız qəsəbəyə qaytarmışam. Birgə gediş-gəliş zamanı Şəlalədən xoşum gəldi. Tək qalanda Şəlaləni istədiyimi özünə deyəcəyimi planlaşdırdım”.

Ziyanın sözlərinə görə, 20 oktyabr 2021-ci ildə saat 16 radələrində Sadıx mobil nömrəsinə zəng edib və Əsmərin daha hazırlığa getməyəcəyini bildirib: “Sadıxın evinə getdim. Şəlaləni evdən götürəndə Sadıx darvazadan çölə çıxaraq təkrar Əsmərin hazırlığa getməyəcəyini söylədi. Heç bir problem olmadığını bildirdim, yola düşdük.

Yolda Şəlaləyə ondan xoşum gəldiyini bildirdim. Şəlalə isə ali məktəbə hazırlaşdığını və bu barədə heç nə düşünmədiyini dedi. Təxminən 20 dəqiqə sonra müəllimin evinə çatdıq, o, maşından düşdü. Avtomobili bir az irəli sürərək Şəlalənin hazırlıqdan çıxmasını gözlədim”.

Ziya qeyd edib ki, təxminən saat 18 radələrində Şəlalə hazırlıqdan çıxıb, avtomobilin sağ arxa sərnişin oturacağına əyləşib: “Bu zaman qolum düyməyə dəydi və qapıların hamısı kilidləndi. Şəlaləyə baxıb ona toxunmaq istədim. O, avtomobilə əyləşdikdən sonra isti olduğunu bildirərək sağ arxa qapının şüşəsini açmağa başladı. Şəlaləyə avtomobilin şüşəsini endirməməyini söylədim, oturacağımı arxaya doğru hərəkət etdirdim və sağ əlimlə Şəlalənin əlini tutdum ki, şüşəni endirməsin.

Bundan sonra əlimlə Şəlalənin sinəsinə toxundum, əlimi köynəyinin altına salaraq sinəsinə təmas eləmək istədim. O, buna etiraz etdi, əli ilə mənə müqavimət göstərdi. Bundan sonra sol əlimlə Şəlalənin əllərini, ayaqlarına sıxdım. Sağ əlimlə isə könəyini qaldıraraq sinəsini sıxmağa başladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Şəlalənin yanağından, dodağından və sinəsindən öpməyə başlayıb: “Bu zaman Şəlalə sağ əlini əlimdən qoparıb şüşəni aşağı endirdi, avtomobilin qarşı tərəfindən keçən tanımadığım birkənd sakinindən ona kömək etməsini xahiş etdi. Həmin kişi qışqıraraq avtomobili saxlamağımı istədi. Buna görə də oturacağımı əvvəlki vəziyyətinə gətirərək avtomobili saxladım və aşağı endim.

Kənd sakini yaxınlaşaraq sol gözümün altına bir yumruq vurdu. Ondan hansı səbəbə məni vurduğunu soruşdum. O, yüksəkdən səs-küy salaraq ətrafda olan digər şəxslərin yanımıza gəlməsinə səbəb oldu. Yığışanlar məni əhatəyə aldılar, bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdilər. Bundan bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəldi. Məni izahatımın alınması məqsədilə polis şöbəsinə dəvət etdilər”.

Cinayət işi üzrə zərərçəkmiş Şəlalənin sözlərinə görə, oxuduğu məktəbdə 10-cu sinifdə təhsil alan Əsmərlə birlikdə təqsirləndirilən Ziyaya məxsus avtomobillə Fidan müəllimənin yanına hazırlığa gediblər:

“Oktyabrın 20-də saat 15 radələrində Əsmərin anası anama zəng etdi və qızının hazırlığa getməyəcəyini bildirdi. Anam atamla əlaqə saxladı, vəziyyəti ona dedi. Atam da Ziya ilə danışdi və məni hazırlığa tək aparacağını bildirdi. Ziyanın həyət darvazasının yanında gözlədiyini dedi.

Saat 16 radələrində evdən çıxaraq avtomobilin arxa oturacağına əyləşdim. Ziya avtomobili gedəcəyimiz kənd istiqamətində sürdü. Bir qədər getdikdən sonra arxaya tərəf dönərək mənə baxdı və məndən sevgilimin olub-olmadığını soruşdu. Mən bu sualdan çaşdım və mənə bu barədə sual verməməsini xahiş etdim. Ali məktəbə hazırlaşdığımı, başqa heç nə barədə maraqlanmadığımı dedim.

Ziya məndən xoşunun gəldiyini bildirdi. Mən isə heç bir cavab verməyərək başımı yola tərəf çevirdim. Biz Fidan müəllimənin yaşadığı evə çatdıq. Avtomobildən düşərək, hazırlığa getdim”.

Zərərçəkmiş qeyd edib ki, həmin gün saat 17 radələrində hazırlıq yoldaşları Sənəm, Göyçək, Nərmin və Fatimə ilə birlikdə hazırlıqdan çıxıblar: “Qızlar evlərinə getdi. Mən də bir qədər aralıda dayanmış avtomobilə əyləşdim. Həmin anda Ziya pultla qapıları bağladı. Mən onun nə etdiyini başa düşmədim. Qapını açmaq istəyəndə özüm tərəfdə olan qapını açan düymənin yerində olmadığını gördüm. Tez qapının şüşəsini açmağa başladım. Ziya isə oturacağını tam arxaya verərək, şüşəni qaldırdı. Niyə belə etdiyini soruşdum, avtomobili təzə qızdırdığını, ona görə də şüşəni açmamağımı istədi.

Mən təkrar şüşəni açmağa cəhd etdim. Ziya yenidən mənə mane oldu. Əlini sinəmə atdı, ona müqavimət göstərdim. Əynimdə olan köynəyimi dartaraq cırdı. Köynəyimi qaldıraraq əli ilə sinəmə toxundu, digər əli ilə şalvarımın düyməsini açmağa başladı. Yenə müqavimət göstərdim və qışqırmağa başladım. Yumruqla avtomobilin şüşəsinə vursam da, ətrafda heç kim olmadığından məni eşitmədilər.

Bu zaman Ziya əllərimi tutaraq sıxdı, boynumu və sinəmi öpdü. Mən isə sağ əlimi onun əlindən çıxararaq, şüşəni bir qədər açdım. Sonra qışqıraraq kömək istədim. Bu zaman avtomobilin yanından keçən tanımadığım orta yaşlı kişi səsimi eşitdi. O, avtomobilin yanına qaçdı və təpiklə avtomobilə vurmağa başladı.

Ziya kənardan kiminsə gördüyünü hiss etdi və oturacağını irəliyə doğru itələdi. Mən də bundan istifadə edərək tez digər tərəfə keçdim və qapını açaraq yerə düşdüm. Ziya da avtomobildən düşdü. Köməyə gələn şəxs, adını sonradan bildiyim Pərviz əlimdən tutaraq məni yaxınlıqda olan dükana apardı.

Zəng edərək valideynlərimə hadisə barədə məlumat verdim. Bir müddət sonra atamla anam yanıma gəldilər. Biz birlikdə Beyləqan rayon polis şöbəsinə gedərək baş vermiş hadisə barədə müraciət etdik”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ziya 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./teleqraf.com/






SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq