"Bir ağlı başında mütəxəssis yoxdur ki, onlara desin ki..." - Firudin Cəlilov |
Bölmə: Gündəm |
Tarix: 04.11.2023 / 19:19 |
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib. Ərdoğan bunu ötən gün TDT-nin Astanada keçirilən 10-cu liderlər sammitində deyib. Rəcəb Tayyib Ərdoğanın bu çağırışı ilə bağlı türkoloq alim Firudin Cəlilov Redaktor.az-a danışarkən dedi ki, türk dövlətlərinin birliyi müəyyən yolla getməlidir: "O yolda birinci addım ortaq əlifbadı, ikinci addım ortaq dərslikdi, üçüncü addım ortaq ordudu, dördüncü addım isə vahid puldur. Amma birinci əlifba olmalıdır. Mən təəssüf edirəm ki, o boyda dövlət başçılarının yanında bir dənə ağlı başında mütəxəssis yoxdur ki, onlara desin ki, ortaq əlifba bəllidir. Azərbaycan artıq 30 ildir ortaq türk əlifbasını işlədir. Anadoludakı əlifba isə ortaq əlifba deyil, o Türkiyənin əlifbasıdır. Bizim ortaq türk əlifbasıdır, 30 il bundan qabaq qəbul etmişik və bu günə qədər də işlənir. Yeni Amerika açmağa ehtiyac yoxdur ki, ortada fakt var, keçdiyimiz tarix var. Ortaq türk əlifbası ilə bağlı o vaxt İstanbulda üç günlük elmi seminar oldu. Bütün türk ölkələrindən akademik addımlar gəldilər, bir yerdə yığışdıq qərara gəldik ki, bizim əlifbanı ortaq türk əlifbası kimi qəbul edək. Yəni mütəxəssislərin gəldiyi nəticədir. Mən də o vaxt Azərbaycanda parlamentdə o komissiyanın sədri idim, gətirdim burada parlamentdən keçirdim. Deməli, 30 ildir Azərbaycanda ortaq türk əlifbası işlənir. Bizlə paralel eyni vaxtda Tatarıstan da ortaq türk əlifbasına keçdi. Sonra arada Putin ləğv etdi, indi deyəsən təzədən yenə keçirlər. Ortaq o deməkdir ki, hamısı eyni əlifbadan, eyni hərflərdən istifadə etsin. Bu əlifba bayaq dediyim kimi, 30 il bundan qabaq qəbul olunub. Sadəcə o dövlət başçılarına demək lazımdır ki, bir dənə mütəxəssis çağırın bu prosesi izah etsin".
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq
|