Dədə Süleymanın qızı ittihamlara cavab verdi: "Qardaşıma məhkəmədə cavab verəcəm"




      Bölmə: Gündəm Tarix: 04.11.2023 / 18:28

"Qardaşımın bütün ittihamlarına, suallarına məhkəmədə cavab verəcəyəm. Onu mənim üstümə qaldıranları da məhkəmələrdə süründürəcəyəm".

44gun.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu mərhum Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva deyib. 

O, qardaşının bütün ittihamlarına "Bizimləsən" verilişində aydınlıq gətirəcəyini qeyd edib:

"Cümşüd pis vərdişlərə qurşanıb, ruhi dispanserdə qeydiyyatdadır. Anlaqsızdır, nə danışdığını bilmir. Hər bir ailədə söz-söhbət olur. Cümşüd efirə çıxmaqla nə məni biabır edib, nə də atasını hörmətdən salıb, ancaq özünü rüsvay edib. Cümşüdün görkəmindən də məlumdur ki, adam xəstədir. Onun üz cizgilərinə baxanda səhhətinin normal olmadığını sezmək olar. Onu aldadıb, bizə böhtan atırlar".

A. Abdullayeva 3 qardaş və bir bacısının olduğunu vurğulayıb:

"Hələ gözləyirik, görək axırı nə olacaq. Dövlətimiz, həkimlərimiz var. Cümşüd mənim qardaşımdır, o efirə çıxır və mən bir bacı kimi pis oluram. Məsələnin mahiyyətini bilməyən insanlar var, onlarda çaşqınlıq yaranır. Bu məsələyə aydınlıq gətirəcəyəm".

Cümşüd Abdullayev Prezidentin Süleyman Abdullayevə verdiyi evi atasının ona bağışladığını açıqlayıb. Bu məsələyə aydınlıq gətirən Aygün Abdullayeva bildirib ki, hələ atasının sağlığında Cümşüd qayınını bıçaqlayaraq həbs olunmuşdu:

"Cümşüd həbsxanaya düşdü, həmin vaxt qızı tələbə idi, oğlu da əsgər getmişdi. Həyat yoldaşı da onkoloji xəstə idi. Biz də yardımlar elədik. Amma yardım bir yerə qədər olur, hamının problemi var.

Atam heç kəsə ağız açan kişi olmayıb. Allah Prezidentin canını sağ eləsin, atama ev verdi. Amma atam Cümşüdün ailəsində olan çətinliyə görə həmin evi satdı. Biz atamın sözündən tit-tir əsən uşaqlar olmuşuq. Biz kimik ki, atamın qərarının qarşısında nəsə söz deyək. Qardaşım mənə böhtan atır. Prezidentin atama verdiyi evdən 1 qəpiyi mənim cibimə gəlibsə, balalarım qarışıq Allah mənə qənim olsun".

Aygün Abdullayeva həmin evin pulunun yarıdan çoxunun Cümşüdün yolunda xərcləndiyini deyir:

"O pulun yarısı Cümşüdə xərclənilib, yarısı isə Ceyhun adlı qardaşıma ev alınıb. Cümşüdün xəstəliyindən istifadə edən insanlar var. Həmin insanları məhkəməyə gətizdirəcəyəm. Cümşüd pis xəstəliyi özü qazanıb. Bu, bizim ailəyə yaraşmır. Biz bacı-qardaşıq. Onlar mənə nə etsələr də, eşitsəm ki, başlarında bir çətinlik var, yenə qaça-qaça yardıma gedərəm.

Cümşüd nə danışığını bilmir, atam ona "Xəzər" kinotetrının yanından ev verib. Onu üstümüzə qaldıranların hər biri məhkəmədə cavab verəcək".

Qeyd edək ki, Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) oğlu Cümşüd "Bizimləsən" verilişində hazırda küçələrdə yaşadığını açıqlayıb. O bildirib ki, bacısı Aygün Abdullayeva atasından qalan evləri mənimsəyib:

"Bacım mənimlə danışmır. Ailəmizin 3 evini bacım mənimsədi. Məni atamın evindən 40 mərasimindən dərhal sonra çıxartdılar. Şəhərin mərkəzindəki Prezidentin verdiyi evi isə atam sağlığımda dedi mənə vəsiyyət etmişdi. Yasamalda başqa bir evi isə mənim həyat yoldaşıma vermişdi. Mən də 200 minlik evi həyat yoldaşıma verdim. Sonra həbsxanaya düşdüm. Orada olanda mənə bacım zəng edib, ağladı ki, etibarnamə ver atadan evi alım. Bacımla atam 20 il küsülü olub. Bacım atama sözünü mənim vasitəmlə deyirdi. Qoşulub qaçdığı üçün atam onu danışdırmırdı". 

Cümşüd bildirib ki, bacısı onu psixiatriya xəstəxanasına yerləşdirib. 

Qeyd edək ki, Dədə Süleyman ötən il vəfat edib. 






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)