Film kimi cinayət! - Azərbaycanlı iş adamının oğlunu oğurlayıb yarım milyon dollar istədilər




      Bölmə: Hadisə Tarix: 03.02.2023 / 13:43

Ali Məhkəmədə Rusiyada gül biznesi ilə məşğul olan iş adamı Mirəkbər Seyidovun Bakıda yaşayan oğlunu qaçırmaqda təqsirləndirilən Rafiq Hüseynov və Anar Mehdiyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxslər kassasiya şikayətini geri götürüblər.

Bu səbəbdən onlar tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rafiq Hüseynov və Anar Mehdiyevin hər biri 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Mirəkbər Seyidovun oğlunu qaçırmaq barədə planın təşkilatçısı Rafiq Hüseynov - onun öz bacısı oğlu olub.

Belə ki, Rafiq Hüseynov dayısının biznesmen olduğunu nəzərə alaraq oğlunu qaçırıb ondan külli miqdarda pul tələb etmək qərarına gəlib.

2021-ci il iyunun 8-də o, dayısı oğlu Mirhəsən Seyidovu Ramana qəsəbəsində kirayə tutduğu evə dəvət edib. Birlikdə yeyib-içdikdən sonra tanışı Anar Mehdiyevlə birlikdə Mirhəsən Seyidovun əl-ayağını bağlayıb. Daha sonra şəklini çəkərək dayısına göndərib və oğlunun azad edilməsi müqabilində 500 min dollar tələb edib.

Həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar və barələrində Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.4-cü (hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb./pravda.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)