Laçında "od tutan" qiymətlər: Çay 20, kabab 10 manat - VİDEO




      Bölmə: Sosial Tarix: 02.11.2023 / 17:36

Son günlər sosial şəbəkələrdə Laçın rayonuna köçürülən insanların orada rahat yaşayışı üçün yetərincə şərait olmadığı haqda fikirlər səslənir.

Hətta bu səbəbdən köç edənlərdən yenidən Bakıya qayıdanların olduğu da deyilir. Qeyd olunur ki, işğaldan azad olunmuş ərazilərdə ictimai-iaşə müəssisələri və marketlərdə qiymətlər həddindən artıq bahadır.

Bu məlumatlar nə dərəcədə əsaslıdır? İşğal olunan ərazilərdə "qaz vurub qazan doldurmaq" istəyən fürsətcillər kimlərdir?
Bakupost.az bu və digər suallara aydınlıq gətirmək üçün Laçın rayonu, Mişni kənd sakini Arif Gürşadoğlu ilə söhbət edib.



Müsahibimiz bildirib ki, həqiqətən də Laçına köçürülən 300 ailədən bir qismi şəraitsizlik ucbatındna geri qayıdıb:

"Əhalinin işlə təminatı məsələsi ilə bağlı problemlər var. Eyni zamanda yerli sakinlərə təsərrüfatla məşğul olmağa icazə verilmir. Təsəvvür edin, kimsə çörək almaq üçün şəhərin bu başından o başına getmək üçün taksiyə 5 manat pul ödəməyə məcburdur. Mağazalarda, çayxana və kafelərdə qiymətlər həddindən artıq yüksəkdir. Bakıda 5-6 manata satılan bir şiş kabab Laçında 10 manata satılır".


A.Gürşadoğlu Laçında yaşayış evlərinin bərpası məsələsindən də narazılıq edib. Onun sözlərinə görə, Laçın şəhidlərinin evlərinin bərpası məsələsi yubadılır. Eyni zamanda evlər bərpa olunan zaman qonşuların əraziləri zəbt olunur ki, bu da gələcəkdə ciddi problemlərə səbəb olacaq:


"Bu işlərlə məşğul olanlar sanki qarşılarına məqsəd qoyublar ki, Laçına qayıdış baş tutmasın".

Ətraflı videomüsahibədə:






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)