Bakının bu ərazisi SÖKÜLƏCƏK - Vətəndaşlara bu qədər KOMPENSASİYA VERİLƏCƏK




      Bölmə: Xəbər Tarix: 02.11.2023 / 17:30

Bakının Səbail rayonu ərazisində söküntü işləri genişləndiriləcək. Bayıl qəsəbəsi və "20-ci sahə" yaşayış massivində plana düşən tikililər köçürüləcək. Artıq Arif İsmayılov, Salyan Döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsinə hazırlıq gedir. 

Bayıl və 20-ci Sahə arasındakı massivlər plandadır. Uzun müddətdir ki, Dövlət Neft Şirkətinin balansında olan bu ərazilərdə tikilən evlərin söküləcəyi müzakirə olunurdu. Ancaq layihənin icrasına başlanmırdı. Məlumata görə, Bayılın abadlaşdırılması, iri layihələrin həyata keçirilməsi, Milli Parkın sözügedən istiqamətə genişləndirilməsi plandakı tikililərin söküntüsünü də aktuallaşdırıb.

Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans.az-a bildirib ki, həmin ərazi sürüşmə zonasında olduğu üçün köçürülüb yenidən qurulması vacibdir:

“Səbail rayonunun 20-ci sahə adlanan ərazisi həm şəhərin giriş hissəsidir, həm də həmin ərazilər nisbətən sürüşmə zonasındadır. Təqribən 30-40 il bundan əvvələ qədər həmin ərazilərdə daha çox şam ağacları əkilmişdi ki, şam ağacları da təbii ki sürüşmənin qarşısını alır. Eyni zamanda həmin əraziyə yaxın yerlərdə mütamadi olaraq sürüşmələrin baş verməsini müşahidə edirik. O baxımdan bu ərazinin köçürülməsi həm şəhərin xarici estetik gözəlliyinə bir gözəllik qata bilər”,

Ekspert bildirib ki, vərəndaşların həmin ərazidəki əmlaklarının böyük əksəriyyətinin çıxarışı yoxdur və çıxarış olmadığına görə o ərazilərdəki əmlakların satış dəyəri elə də baha qiymətə dəyərləndirilmir. Onun sözlərinə görə, vətəndaşlara ödənilən kompensasiya daha yaxşı mənzil alamağa kifayət edir: “Buna görə də o ərazilərin sökülərək parka və yaxud hansısa bir yaşayış məntəqəsinə çevrilməsi həm o ərazidə yaşayan vətəndaşlar üçün daha yaxşı olar. Başqa bir tərəfdən artıq yeni parkların salınması və yaxud hər hansı inzibati binların tikilməsi elə bir formada aparılacaq ki, o ərazilərdə gələcəkdə sürüşmə baş verərsə, artıq heç bir fəsad verməsin”. 






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)