Metroda gedişhaqqının 70 qəpik olacağı məlumatları ilə bağlı RƏSMİ AÇIQLAMA




      Bölmə: Xəbər Tarix: 01.11.2023 / 22:09

"Bakı Metropoliteni" QSC metroda gedişhaqqının 70 qəpik olacağı barədə yayılan məlumatlara münasibət bildirib.

44gun.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, "Bakı Metropoliteni" QSC-nin qiymət artırmaq kimi səlahiyyəti yoxdur.

Bununla əvvəllər Tarif Şurasının məşğul olduğunu xatırladan qurum rəsmisi deyib ki, hazırda bu səlahiyyət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindədir. O, buna görə də qeyd olunan məsələ ilə bağlı nazirliyin məşğul olduğunu vurğulayıb.

B.Məmmədov həmçinin son illər sərnişindaşımada maya dəyərinin fərqlərindən də danışıb: "2018-ci ilin hesabatına əsasən, bir sərnişinin maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Çünki sərnişin sayı artmışdı. Digər tərəfdən isə Metropolitendə yeni texnikaların tətbiqi və aparılan optimallaşma tədbirləri sərnişindaşımaya bu və ya digər formada təsir etmişdi. Əfsuslar olsun ki, pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə sərnişindaşımaya mənfi təsir göstərdi. Nəticədə metronun gəlirləri aşağı düşdü və sərnişindaşımanın maya dəyərinə təsirsiz ötüşmədi. Müsbət tendensiya 2022-ci ildən başladı. Ümumilikdə, bu il fərqin aradan qaldırılması üçün Metropolitenə subsidiyalar ayrılıb, o cümlədən dövlətin müvafiq yardımları var".

B.Məmmədov eyni zamanda bildirib ki, Metropolitenin əsas gəlir mənbəyi məhz sərnişindaşımadır: "Stansiyalarda yerləşdirilən ödəniş terminalları, bankomatlar, reklamlardan da gəlirlər əldə olunur. Lakin bu gəlirlər elə də böyük məbləğdə deyil. Ona görə də sərnişinin sayı metropolitenin gəlirlərinə birbaşa təsir göstərir".

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov müsahibəsi zamanı bir sərnişinin daşınmasının 2022-ci ildə 68 qəpiyə başa gəldiyini söyləyib. Bundan sonra cəmiyyətdə və sosial şəbəkələrdə metroda gedişhaqqının 70 qəpiyə qədər artacağı ilə bağlı iddialar səsləndirilib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)