Baş katib işdən çıxarılan məşqçinin yerinə əmisi oğlunu gətirir?




      Bölmə: Gündəm Tarix: 31.10.2023 / 13:55

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan cüdo yığmasının böyük məşqçisi Mehman Əzizov işdən azad edilmişdi.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq onun yerinə təyinat da reallaşıb.

Hələ tam rəsmiləşməsə də, bu posta federasiyanın baş katibi Rəşad Rəsullunun əmisi oğlu, gənclərdən ibarət yığmada köməkçi məşqçi işləyən Abdulhaq Rəsullunun təyin olunduğu bildirilir. Bu təyinatın isə yaxın günlərdə açıqlanacağı deyilir.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasına sorğu göndərsək də, cavab ala bilmədik. Federasiyanın mətbuat xidmətindən bildirildi ki, hər şey rəsmi şəkildə açıqlanacaq.

Qeyd edək ki, Mehman Əzizov ötən gün səbəb bildirilmədən işindən azad olunub. O, cüdo yığması ilə müqavilə imzalayarkən sözləşmədə federasiya tərəfindən istənilən vaxt işdən çıxarıla biləcəyi bəndi yer alıb. 

***

Azərbaycan Cüdo Federasiyası açıqlama yayaraq Mehman Əzizovun işdən ayrıldığını təsdiqləyib. Azərbaycan Cüdo Federasiyası məşqçi Mehman Əzizovla əməkdaşlığı davam etdirməmək qərarı verib və qanunvericiliyə uyğun olaraq, müqaviləyə xitam verib.

Rüstəm Alimli böyüklərdən ibarət milli komandaya məşqçi təyin edilib. O, həm də yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)