Böyükşor-Pirşağı yolu nə qədər effektiv olacaq? - DEPUTAT




      Bölmə: Gündəm Tarix: 26.10.2023 / 23:08

Ötən gün Prezident İlham Əliyev Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon manat ayrılıb. Böyükşor-Pirşağı yolu Bakı nəqliyyatının tıxac problemində nə qədər effektiv olacaq?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında bildirib ki, yeni layihənin Bakı şəhəri üzrə tıxacla yüklənən bəzi yollar üçün olduqca effektiv olması gözlənilir.

“Böyükşor-Pirşağı yolu, əslində, müəyyən yükün azalması üçün nəzərdə tutulub. Bildiyiniz kimi, Zabrat yolu olduqca yüklənmiş bir yoldur və burada tıxacların səviyyəsi ildən-ilə artmaqdadır. Buna görə də hamının istifadə edə biləcəyi alternativ yola ehtiyac var. Bu yolda yükün paylanması olduqca vacibdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gərgin və vacib layihələr yerinə yetirir. Xüsusilə də, Bakı şəhərində, regionlarda, həmçinin işğaldan azad olunmuş ərazilərdə çox böyük yol infrastrukturunun qurulmasını təmin edir. Bu layihə uzun müddətdir nəzərdə tutulan amma artıq yeni imkanlarla həyata keçirilməsi düşünülən bir layihədir. Hesab edirəm ki, layihənin gerçəkləşdirilməsi, xüsusilə Zabrat yolunun yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Bir çox insanlar Pirşağıya getmək üçün bu yoldan istifadə edirdilər. Eyni zamanda, Mehdiabad yolu da daim tıxacla yüklənən yollardan biridir və yeni layihə bu yola da müsbət təsir edəcək”.

Deputat əlavə olaraq qeyd edib ki, Bakıda yol infrastrukturunun əsaslı şəkildə təkmilləşdirilməsinə ehtiyac var. Böyükşor-Pirşağı yolunun böyük hissəsinin boş ərazilərdən keçməsi də söküntülərin az olacağından xəbər verir ki, bu nüans da layihənin daha uğurlu olması deməkdir.|referans.az|






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)