Bu bank kartını işlədənlərə xəbərdarlıq: içindəki pulları çıxarmaq olmayacaq




      Bölmə: Sosial Tarix: 23.10.2023 / 21:21

Muğanbank”ın fəaliyyəti dayandırılandan sonra müştərilər bir sıra məsələlərdə çaşqınlıq yaşamaqdadırlar. Bu məsələlərdən biri də lisenziyası ləğv edilmiş banka məxsus plastik kartlarda olan pul vəsaitlərinin aqibətidir. Maraqlıdır ki, bağlanmış bankın plastik kartlarının içərisindəki pulların aqibəti necə olacaq? Müştəri digər bankın bankomatlarından kartındakı vəsaiti çıxara bilərmi? 

44Gun.Az bildirir ki, bununla bağlı iqtisadçı-ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında prosedur qaydalarını açıqlayıb. 

O ilk olaraq xatırladıb ki, hazırda sözügedən bankın bütün əməliyyatları dayandırılıb və banka məxsus “application” işləmir.  

Ekspertin sözlərinə görə, müştərinin “Muğanbank” kartındakı vəsaiti digər bankların bankomatları vasitəsilə əldə etməsi real görünmür: “Çünki ləğv olunan bankın kart hesabları da dondurulub. “Muğanbank”ın lisenziyası ləğv olunsa da, hələlik müflis olması barədə rəsmi açıqlama yayılmayıb. Ancaq bütün hallarda banka məxsus əməliyyatlardan istifadə olunmasına məhdudiyyət qoyulub”. 

Əmanətlərin aqibətinə də toxunan iqtisadçı deyib ki, bank müştərisi olmuş şəxs Əmanətlərin Sığortlanması Fonduna müraciət etməlidir. O bildirib ki, Fond şəxsin sənədlərini qəbul etdikdən sonra əmanətlərin dirilməsi istiqamətində müvafiq addımlar atır: “2021-ci il aprelin 5-dən qüvvəyə minmiş qaydalara görə, bir yerli bankda 100 min manata qədər əmanət sığortalı hesab edilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manatdan yuxarı pul vəsaitləri qorunan əmanətlərə aid edilmir. Müştərinin cari hesabında qalan məbləğ Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılmır. Ləğvetmə zamanı mövcud olan ardıcıllığa əsasən, müştərinin kart hesabında qalan məbləğ təminatsız öhdəlik kimi sonuncu bölmələrə düşür və geri qaytarılmama ehtimalı var”. 

Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Bankın (AMB) qərarı ilə "Muğanbank"ın lisenziyası ləğv edilib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)