Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı yeddiyə yaxın şəxs xəsarət alıb.
44gun.az-ın məlumatına görə, həmin şəxslərin xəstəxanaya təxliyəsi aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov oxu.az-a bildirib ki, hadisə ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar:
“Qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib. Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək”.
Hadisə zamanı ölüm qeydə alınmayıb.
***
Gəncədə yol qəzası baş verib.
Hadisə şəhərin Xan bağı ərazisində qeydə alınıb. 1 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.
Avtobusun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunduğu, işlərin yarımçıq saxlanıldığı bildirilir.
apa