“İsrail Qəzza ilə bağlı status-kvoya qayıda bilməz” – Blinken




      Bölmə: Dünya Tarix: 22.10.2023 / 23:22

“İsrail və Qəzza zolağı status-kvona qayıda bilməyəcək, İsrailə HƏMAS-ın təkrar hücumlarından qaçmağa imkan verəcək yeni mexanizm tapmaq lazımdır”.


Yeniavaz.com xəbər verir ki, bu fikirləri NBC telekanalının efirində ABŞ dövlət katibi Entoni Blinken deyib.


Blinkendən İsrailin Qəzza zolağı ilə bağlı strategiyasının nə olduğu və münaqişə bitəndə onu kimin idarə edəcəyi soruşulub.


“Düşünürəm ki, biz iki şeyi başa düşürük: biz status-kvoya qayıda bilmərik, onlar HƏMAS-ın etdiklərini təkrarlaya biləcəyi status-kvoya qayıda bilməzlər”, - Blinken cavab verib.


O, İsrailin Qəzzaya nəzarəti ələ keçirmək niyyətində olmadığını vurğulayıb.


Blinken bildirib ki, münaqişə sona çatdıqdan sonra Qəzzanın necə idarə ediləcəyi ilə bağlı işə indidən başlamaq lazımdır.


Qeyd edək ki, “Bloomberg” daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ və İsrail BMT-nin dəstəyi və ərəb dövlətlərinin iştirakı ilə Qəzza zolağında müvəqqəti hökumətin yaradılması imkanını müzakirə edir. Məlumata görə, tərəflər arasında müzakirələr ilkin mərhələdədir və Fələstin-İsrail münaqişəsinin inkişafından, o cümlədən İsrail qoşunlarının quru əməliyyatından asılı olacaq.


CNN daha əvvəl bildirmişdi ki, ABŞ və müttəfiqləri İsrail rəsmiləri ilə şəxsi söhbətlərində onları Fələstin anklavında quru əməliyyatı keçirməkdən çəkindirmir, əksinə, Qəzza zolağının gələcək inkişafı ilə bağlı uzunmüddətli strategiyanı nəzərdən keçirməyi xahiş edir.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)