“Ziya Kazımova cəza verilməsini istəmirik”




      Bölmə: Gündəm Tarix: 21.10.2023 / 22:25

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.

B.Orucov, Z.Kazımov və Ü.Rəşidovun vəkilləri məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Generalın vəkili Elvin Rzayev çıxışında müvəkkilinin Aprel döyüşlərində uğurlu xidmətlərinin olduğunu, buna görə general rütbəsinə layiq görüldüyünü qeyd edib.

Təqsirləndirilən polkovnik-leytenant Ziya Kazımov hazırda xidmətini davam etdirir. Onun vəkili Bəhruz Bayramov deyib ki, Z.Bayramovun verilmiş ittihamla əlaqəsi yoxdur: “O, vətənini-xalqını sevən zabitdir. Bundan başqa həm İkinci Qarabağ müharibəsində, həm son antiterror tədbirlərində əzmlə iştirak edib”.


Vəkilin çıxışından sonra zərərçəkmiş şəxslər də Ziya Kazımovun mühakiməsinə etiraz ediblər.

“Prokuror Ziya Kazımova 12 il 6 ay həbs cəzası tələb edib. O, işgəncələrdə iştirak etməyib. Bundan başqa, Azərbaycan torpaqlarının işğaldan azad edilməsində onun müstəsna xidmətləri var. İstər 44 günlük müharibədə, istərsə də son antiterror tədbirlərində onun elədikləri hamıya məlumdur. Biz, ümumiyyətlə, ona cəza verilməsini istəmirik” , -zərərçəkmiş Zaur Əliyev deyib.

Digər zərərçəkmişlər də Zaur Əliyevin Z.Kazımovla bağlı dediklərini dəstəkləyiblər.

Növbəti proses noyabrın 2-nə təyin edilib. Həmin gün İntiqam Məmmədov və Rahib Məmmədovun vəkilləri çıxış edəcək.

Qeyd edək ki, prokuror Bəkir Orucov və  Ziya Kazımova 12 il 6 ay, Ülvi Rəşidov və İntiqam Məmmədova 10 il 6 ay, Rahib Məmmədova 8 il 6 ay həbs cəzası tələb edib.






SON XƏBƏRLƏR
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq
9-11-2023, 00:53
Niyə hansısa evli kişinin pulu ilə... - Xoşqədəm
9-11-2023, 00:29
Azərbaycanda DƏHŞƏT! - Məktəbli qız HAMİLƏ QALDI
9-11-2023, 00:23
Noyabrın 9-u və 10-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
9-11-2023, 00:18
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR! - VİDEO
9-11-2023, 00:08
9 Noyabr – Müstəqil Azərbaycanın Dövlət Bayrağı Günüdür
9-11-2023, 00:02
Türk aparıcıdan Xoşqədəmə qarşı gözlənilməz addım - FOTO