“Yanaq öpüşməsi, sığal, qıdıq icazə verilməməlidir. ” – Samirə Bağırova




      Bölmə: Sosial Tarix: 19.10.2023 / 01:22

Uşaqlara qarşı cinsi zorakılıq halı əsrlər boyu məlum məsələ olsa da, son illərdə bu hallarının artması müşahidə olunur. Uşaqlara qarşı cinsi zorakılıq, cəmiyyət tərəfindən tabu kimi göründüyü və adətən uşağa ən yaxın olan şəxs tərəfindən təkrar edildiyi üçün müalicə edilməsi ən çətin travma formasıdır və buna görə də bu halları aşkar etmək çətindir. Cinsi istismara məruz qalan uşaqlarda problemlərin ilk 12-18 ay ərzində başladığı müşahidə edilib. Əslində, ən az simptomları olan uşaqların zamanla ən çox ruhi sıxıntı yaşadıqları ortaya çıxıb.

44gun.az xəbər verir ki, “7Times.az”-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, azyaşlı uşaqlara qarşı cinsi istismar halları onlarda dərin yaralar buraxır:

“Azyaşlı qızların cinsi zorakılığa məruz qalması hallarında şəhərlərlə müqayisədə, əsasən bölgələrdə daha çox rast gəlinir. Cinsi istismarlar, təcavüzlər bəli var və bu kimi hallar azyaşlı oğlan uşaqlarına və qız uşaqlarına qaraşı davam etməkdədir. Sadəcə uşaqların bir çox qismi susar və zaman-zaman bu travma dərinləşər. Suisid yəni intihara qədər gətirib çıxarır. Bu hal ailə qurmaqda, şəxsi qadın-kişi münasibətlərində fəsadsız ötüşmür. Əsasən də, təcavüz halları ailə içində baş verdikdə insanların ruhunda daha dərin yaralar açmış olur. Əfsuslar olsun ki, bəzi hallarda azyaşlı uşaq ya yeniyetmə valideyninə bildirmiş olsa belə, çox zaman valideyin qəbullanmaq istəmir, hətta uşağı guya yalan danışmasına görə cəzalandıran valideyinlər də var. Dəfələrlə baba,dayı, əmi, qardaş, qohum oğlanları tərəfindən və yaxud ailə dostu, yaxın qonşu, qohum ərləri tərəfindən təcavüzə məruz qalmış gənc qızlar və oğlanlar, hətta orta yaş kateqoriyası da uşaqlığından daşıdığı travması ilə müraciət edirlər. Qarşısını almaq mümkündürmü?”

Psixoloq qeyd edib ki, bu halların qarşısını almaq üçün uşaqları tək buraxmamaq önəmlidir:
“Valideyn övladına uşaqlıqdan başa salmalıdır ki, onun bədəninə gənc olub ailə qurana qədər zəruriyyət şəklində yalnız həkim və bədənində ağrı, yara kimi problemi varsa valideyinə göstərə bilər. Qohumlara getdikdə və ya evə qonaq gəldikdə uşağı tək qoymamaq, hətta mətbəxə keçdikdə belə “2 daşın arasında” baş verən istismarlar dinləyirəm. Bloklarda məktəbdən, hətta mağazadan dönəndə baş verən istismarlar var.

Övladlarını qonaq ilə sarılıb görüşməyə, yanaq öpüşməsi, sığal, qıdıq icazə verilməməlidir. Xarici ölkədə uşaqları uzaqdan oxşaya bilərlər vəya hal-əhval tuta bilərlər. Maksimal olaraq əl ilə salamlaşma.”
Onun sözlərinə görə, valideynlər uşaqların bədən dilini izləməlidir, narahatlıq olduqda bunu hiss etməlidir:
“Tolerant ailə olsalar uşaq rahatlıqla danışa bilər. Əfsuslar ölkəmizdə avtoritar ailə tipi geniş vüsət almaqdadır. Uşaq özünə qapanırsa, danışmırsa, dizlərini büküb oturursa, ailədən birinə sığınırsa, geniş torba kimi, böyük ölçülü geyimlər geyinməyə başlayırsa, yanaqları ya pörtmüş ya solğundursa, uşaqda dəyişikliyi mütləq valideyinlər sezməlidir. Uşaq qapıdan daxil olanda, qonaqlar arasında otağa daxil olanda belə uşaqla göz kontaktı qurmaq izləmək önəmlidir.”






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)