Paytaxt işğaldan azad edilmiş şəhərlərdən birinə köçürülə bilər?




      Bölmə: Sosial Tarix: 18.10.2023 / 20:24

"Hazırkı şərtlər daxilində paytaxtın başqa əraziyə köçürülməsi planı doğru deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov paytaxtın Bakıdan işğaldan azad edilmiş şəhərlərdən birinə köçürülməsilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

Rəşad Həsənov bildirib ki, paytaxtın Bakıdan kənara köçürülməsi ətrafında müzakirələr zaman-zaman gündəmə gəlsə də, hələlikdə bunun reallaşması üçün ciddi siyasi və iqtisadi səbəblər yoxdur: 

"Paytaxtın daha təhlükəsiz bölgədə olması məqbuldur. Bir çox dövlətlər, o cümlədən Azərbaycan üçün bu önəmli məsələdir. Bu planı gerçəkləşdirmək, paytaxtın hansısa ucqar ərazilərə köçürülməsi indiki şərtlər daxilində həm mümkün, həm də doğru deyil. Paytaxtın yeri dəyişdiriləcəksə, bununla bağlı fundamental analizlər aparılmalı, ölkənin bütün istiqamətləri, xüsusən də ucqarlar üçün əlçatan olmalıdır. Burada böyümə imkanlarının nəzərə alınmasına da ehtiyac var”. 
Ekspertə görə, paytaxtın köçürülməsi deyil, daha real proqramların icra olunması daha yaxşı olar:



"Məsələn, mərhələli şəkildə sənaye müəssisələri, xüsusən də ağır sənayenin şəhərdən kənarlaşdırılmalı, tarazlı inkişaf nəticəsində qoyulan investisiyalar bölgələrə yönəldilməli, paytaxtın yükü müəyyən qədər azaldılmalı, təhsil müəssisələri paytaxtdan köçürülməlidir. Bu kimi proqramlar daha real görünür, nəinki paytaxtın Bakıdan digər ərazilərə, xüsusən də işğaldan azad edilmiş ərazilərə köçürülməsi. Bu günki şərtlər daxilində belə müzakirələri zaman itkisi hesab edirəm".

Qeyd edək ki, son zamanlar paytaxtın Bakıdan işğaldan azad olunmuş böyük şəhərlərin birinə köçürülməsi ətrafında ictimai müzakirələr gedir. Hətta yeni paytaxt kimi Xankəndi, Şuşa, Ağdam şəhərlərinin adları da çəkilir. 





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)