Xankəndi əhalisi nə vaxt geri qayıdır? – Say açıqlandı...




      Bölmə: Gündəm Tarix: 18.10.2023 / 17:58

“İşğaldan əvvəl Xankəndidə 12-15 min arası azərbaycanlı yaşayırdı. Həmin dövrdə statistikanı elə verirdilər ki, dəqiq sayı bilmək olmurdu. Onlar süni şəkildə ermənilərin sayını artırır, azərbaycanlıları isə azaldırdılar...”

Bu sözləri Yenisabah.az-a sabiq millət vəkili, əslən Xankəndidən olan Flora Qasımova deyib.

O, Xankəndidən olan azərbaycanlıların geri qayıdacağı günü səbirsizliklə gözlədiyini bildirib:

“Həmin dövrdə (işğaldan əvvəl)  Xankəndidə çox sayda sənaye müəssisələri, universitet, texnikumlar yaradıldı və Xankəndiyə yaxın rayonlardan ora axın başladı. Tələbələr, müəllimlər gəlirdi, Xankəndidə yaşayanlarla ailə quranlar, sonradan orada işləyənlər olurdu və qalırdılar. Ona görə dəqiq sayı deyə bilmirik. Mən bir dəfə statistikanı dəqiq öyrənməyə çalışdım, lakin mümkün olmadı, çünki bunu onlar özləri istədikləri kimi yazırdılar. Amma 12 mindən çox azərbaycanlının Xankəndidə yaşadığı dəqiqdir.

O ki qaldı, Xankəndiyə qayıtmaq məsələsinə, xankəndililər o günü uzun illərdir ki, gözləyir. Hətta Şuşa azad ediləndə öz qohumlarıma dedim ki, gedin Şuşada yaşayın, amma hamısı dedi ki, xeyr, biz Xankəndini istəyirik. Xankəndi xanın bünövrəsini qoyduğu kənddir, biz hamımız mütləq ora qayıtmalıyıq. İllərlə ermənilər “Artsax” deyə  oranı təqdim edib torpaq iddiasında olublar. Biz o torpağa mütləq qayıtmalıyıq və qayıdacağıq da!”

F.Qasımova Xankəndini tərk edən ermənilərin bir çoxunun vaxtilə əli qana bulanmış şəxslər olduğunu qeyd edib:

“İndi ermənilər car çəkib deyirlər ki, guya bu müharibədə etnik təmizləmə aparılıb, ermənilər Qarabağdan qovulub və s. Bu isə tamamilə yalandır, heç bir etnik təmizləmə olmayıb, Xankəndidə heç bir mülki binaya zərər dəyməyib, orada yaşayan mülki əhali Gəncədəki kimi ölməyib. Oradan gedənlərin əksəriyyəti əlləri qana batmış ermənilərdir, qorxularından qaçıblar. Onlar bilirdilər ki, vaxt gələcək özləri özlərini satacaqlar. Bunu vaxtilə də demişdim. Ermənilər dəfələrlə müxtəlif illərdə qırğınlar törədib və cəzasız qalıblar. Bu gün şükür edirəm ki, onların bir qismi Bakıda istintaq altındadır. Onları danışdırdıqca faktları açırlar, özləri özlərini satırlar. Ermənilərin bəzisi hadisələrin başladığı ilkin vaxtlardan nəticəni dərk edib Xankəndini tərk etmişdilər. Əgər onlar qayıtmaq istəsələr, cənab Prezidentin dediyi kimi, Azərbaycan Konstitusiyasını qəbul etməlidirlər. Bu zaman onların hüquqları, təhlükəsizlikləri qorunacaq. Başqa millətlər Azərbaycanda necə yaşayırsa, onlar da o cür yaşayacaq və hüquqlarından istifadə edəcəklər”.

Sabiq deputat ermənilərin bir çoxunun Xankəndiyə geri dönə bilməyəcəyini deyib:

“Mən bilirəm ki, cinayət törətmiş, vaxtilə əli qana batmış adamlar geri dönə bilməyəcək. Ona görə yox ki, vicdanları icazə verməyəcək, onlarda vicdan adlı hiss yoxdur. Onlar qorxduqları üçün geri dönə bilməyəcək. Ermənilər bizə qarşı görünməmiş üsullarla cinayətlər törədiblər. Bilirlər ki, gəlsələr belə ömür boyu səksəkə içində yaşayacaqlar. Ona görə inanmıram ki, ermənilərin böyük qismi yenidən geri qayıda”.






SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq