Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə Instagram-da orqan satışı təklifi ilə bağlı elanlar diqqət çəkir. Elanları yerləşdirənlər böyrək, qaraciyər və iliyin donorluğunu təklif edirlər. Azərbaycanda orqan transplantasiyası icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilir. Amma bu şəxslər donorluğu həmin xətt ilə təklif etmirlər.
Bu barədə Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası şəxslərin öz daxili orqanlarını satmağa yol verilmir:
“Yəni, orqan satışı qadağandır. Bu sahə Azərbaycan Respublikasında xüsüsi qanunla qorunur. İnsan orqan və toxumalarının transplantasiyası haqqında qanunda qeyd olunur ki, İnsanların orqan və toxumalarının transplantasiyası yanlız insan həyatını xilas etmək və sağlamlığın bərpası üçün donor və ya insan meyiti tərəfindən əvəz olunmazdır. Donor-öz orqanalarını, toxumalarını xəstə şəxslərə köçürmək üçün verən könullu şəxsdir. Düzdür, bu gün dünyada insan orqanı və ya toxumaların həm də alğı-satqısı predmetinin olması ilə bağlı hüquqşünaslar arasında ciddi fikir ayrılığı mövcuddur. Bir çox dünya ölkələri orqanların satışını qanuni hesab edir. Amma Azərbaycan Respublikasının qanunvericiliyinə görə bu bir mənalı şəkildə yol verilməzdir”.
Hüquqşünas qeyd edib ki, Azərbaycanda orqan satışına görə, cinayət məsuliyyəti müəyyən olunub. Onun sözlərinə görə, Azərbaycan Respublikasının cinayət məcəlləsinin 137-ci maddəsinə, əsasən, insan orqanlarının qanunsuz alğı-satqısı zamanı, bunu icra edən şəxs müəyyən vəzifə tutmaqla və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 ilə qədər müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır: “Eyni zamanda Hüquqşünas qeyd edib ki, Cinayət məcəlləsinin 144-1.2 maddəsinə görə “ Zərər çəkmiş şəxsin orqanlarından istifadə etməklə cinayət əməlinin törədilməsi 8 ildən-12-i ilə qədər azadlıqdan məhrum etmək ilə cəzalandırılır. Bu sahə ilə hüquq mühafizə orqanlarından Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə idarəsi məşğul olur. Onların icratında kifayət qədər belə hallar mövcuddur”.
Ümumiyyətlə, vətəndaşların bilməsini istəyirəm ki, könüllü şəkildə şəxsin öz orqanlarını kiməsə bağışlaması, ələlxsus, yaxın qohumlarına və.s bağışlaması yol veriləndir. Ölkəmizdə bu icra olunur. Amma, eyni zamanda qeyd edir ki, bununla bağlı böyrək çatışmazlığı olan şəxslər və yaxud hər hansı bir digər daxili orqana ehtiyacı olan şəxslər səhiyyə nazirliyinə müraciyyət edir. Onunla bağlı donur bankı var və könünlü donor olmaq istiyənlərdə ora müraciyyət etdikdə bunu çox rahat şəkildə rəsmiləşdirib,icra eləyirlər. Amma istənilən halda daxili orqanın alqı-satqısı yol verilmedir.və Vətəndaşlarımızın bundan çəkinməsini tövsiyyə edirəm – Ramil Süleymanov bildirib.
Milli Məclisin deputatı Razi Nurullayev isə qeyd edib ki, insanlar bəzən maddi imkansızlıqdan bu yola əl atırlar:
“Bu məsələni parlamentdə mütləq müzakirəyə çıxararam. Ola bilsin, burda kimsə könüllü eləyə bilər pul üçün, hansısada ola bilər kirminal məqsədlə , oğurluq, kimisə hansısa məqsədlə böyrəyin çıxarıb satarlar. Ola bilsin, qəzaya düşən hansısa şəxsin üzərində cerahiyə bölməsində biznes qurula bilər və bu kimi bir çox şey baş verə bilər".