“Bizim adımız çıxıb, camaat küçədə lüt gəzir...” - Müğənni narazılıq etdi




      Bölmə: Sosial Tarix: 16.10.2023 / 23:14

“Bu gün biz şəhərə çıxanda müğənnilərdən daha çox açıq-saçıq geyinən sadə vətəndaşları görürük. Şəxsən mən özüm şəhərə çıxanda bunu müşahidə edirəm. Havaların soyumasına baxmayaraq, indi də əksəriyyətinin qarnı, beli çöldədir. Müğənnilərin adı çıxıb, camaat küçədə lüt gəzir...”

Bu sözləri müğənni Günel Ələkbərova (“Pişik” Günel) deyib.

Tez-tez müğənnilərin geyiminə görə cəmiyyət tərəfindən tənqid edilməsi barədə danışan ifaçı bunun ədalətli olmadığını bildirib: 

“Bu gün biz toy məclislərinə gedəndə də sadə vətəndaşların açıq-saçıq geyinməsinin şahidi oluruq. Elə ailənin öz içində gəlinin bacısı, bəyin yaxın qohumu elə transparan libaslar geyinir ki, hər əzası ortada olur, görünür. Sadəcə müğənnilərin daşı ağırdır. Bu düzgün deyil, hamımız azərbaycanlıyıq, biz özümüz-özümüzə dəyər verməliyik. Hər mövzuda, hər problemdə müğənniləri səbəbkar kimi görüb, suçlayırlar. Bahalaşma olur müğənni günahkardır, boşanmalar artır müğənni səbəbkardır, ehtiyacı olan varsa, müğənni yardım etməlidir. Bizim cəmiyyət müğənniləri qınamağı sevir. Amma həmin şəxslərin heç bir toyu müğənnisiz keçmir. Onlar sadəcə sosial şəbəkələrdəki şərh bölümünə içlərindəki pisliyi “püskürdürlər”. 

Onların əksəriyyəti sosial şəbəkələrdə müğənniləri tənqid edir, lakin məclisdə həmin müğənni ilə selfi çəkdirmək üçün min cildə girirlər”. 

İfaçının sözlərinə görə, cəmiyyət xarici müğənnilərə yerli sənətçilərdən daha çox dəyər verir: 

“Bizimkilər öz müğənnilərinə dəyər vermir. Türkiyədə, yaxud Avropada hansısa məşhur soyunursa, ağızdolusu onu tərifləyirlər. Bizdə isə dekolte görəndə başlayırlar tənqidə, hətta təhqirə keçənlər də olur.  

Elə bu yaxınlarda Tünzalə Ağayevanın başına eynisi gəldi. Hamı onun geyimini tənqid etdi, klaviaturası olan nə isə pis bir şey yazmağa çalışdı. Amma bunu xarici müğənni edəndə tərifləyirlər, “filankəsi gördün, 60 yaşında necə gözəl idi” deyirlər. 

Ümumiyyətlə, kiməsə nə isə yaraşırsa, bədən quruluşu onu geyinməyə imkan verirsə, həmin libası geyinməsi çox normaldır. Onsuz da bu gün hamı lüt gəzir. 

 Əsas olan odur ki, hər şeyi yaraşacaq həddə, müəyyən çərçivə ilə edəsən.

Hər dəfə geyim mövzusunda Tünzalə xanımı, yaxud digər müğənniləri gündəmə gətirməyə gərək yoxdur, vallah, gündəlik həyatda tamamilə açıq-saçıq geyinənlər var. Toylara gedib görürsən ki, xanımlar elə geyinib, sanki əynində heç nə yoxdur. Amma hər zaman müğənnilərin adı çəkilir, onların adı bədnam olur”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)