Lənkəranda maraqlı məhkəmə: "Ərim Rusiyada erməni qadınla sevgilidir"




      Bölmə: Xəbər Tarix: 14.10.2023 / 16:57

Oktyabrın 6-da Lənkəran şəhər Məhkəməsində maraqlı məhkəmə prosesi baş tutub.

Publika.az-ın əldə etdiyi məlumata görə, əslən Lənkərandan olan və Rusiya vətəndaşı olmaqla bu ölkənin Tümen vilayətində yaşayan 2 nəfər xüsusi ittiham qaydasında müraciət edərək, 2001-ci il təvəllüdlü, Lənkəran Dövlət Universitetinin tələbəsi Aytac Mənsimovanın (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi əsasında məsuliyyətə cəlb edilməsini xahiş ediblər. Şikayətçilərdən R.Rəcəbov bildirib ki, Aytac onun keçmiş arvadıdır. Onlar bir neçə il əvvəl ailə quraraq Rusiyaya köçüblər. Sonra Aytac Türkiyədəki qohumugilə qonaq kimi gedib və oradan icazəsiz olaraq Azərbaycana qayıdaraq məhkəməyə boşanmaqla bağlı müraciət edib və rəsmən boşanıblar. Bundan sonra Aytac "TikTok" və "İnstagram" səhifələrində canlı yayım açaraq, keçmiş əri barəsində təhqiramiz ifadələr işlədib, onun fotosunu göstərərək ləyaqətini alçaldan ifadələr işlədib. Bu vidoları xeyli insan izləyib.
Aytac Mənsimova məhkəmədə törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib:

"Məcəllənin 148-ci maddəsi ilə mənə qarşı irəli sürülmüş ittihamda özümü təqsirli biliriəm. Qeyd edilən səhifə mənə məxsusdur. Əsəbi olub paylaşımlar etmişəm. Sabiq ərim mənim pulum ilə alınmış evdə və mənə məxsus cehizlərdən istifadə edərək erməni qadınla sevgili olub. Sabiq ərim uşağına aliment ödəmir, erməni qadına pul xərcləyir, buna görə də əsəbi olub sosial şəbəkədə onları söyüb paylaşmışam. Həmin sözləri dediyimə və onları sosial şəbəkədə paylaşdığıma görə, çox peşmanam. Məhkəmədən üzr istəyirəm. Lakin xüsusi ittihamçılardan üzr istəmirəm”.

Lənkəran şəhər Məhkəməsinin hakimi Muradağa Qasımovun sədrliyi ilə keçirilən prosesdə Aytac Mənsimova Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)