Məhkəmədə Xaçatryanla üz-üzə dayanan Murad Hüseyov kimdir?




      Bölmə: Gündəm Tarix: 14.10.2023 / 16:27

Xocalının Meşəli kəndində soyqırımı törədənlərdən biri Vaqif Xaçatryanın ötən gün keçirilən ilk məhkəməsi bir sıra maraqlı məqamlarla yadda qaldı. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlardan biri də Hüseynov Murad Tofiq oğludur.

44gun.az xəbər verir ki, eyni zamanda, Xocalı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri olan Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı 8 yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.

Dünənki məhkəmədə Vaqif Xaçatryanla üz-üzə dayanan zərərçəkmiş Murad Hüseynov, Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də, xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var.


Tofiq Hüseynovun övladları Murad, Yasəmən, Əfsanəni isə Xocalıdan çıxan axırıncı helikopterlə xalaları Mehparə xanım çıxarıb.  Tofiq Hüseynovun həyat yoldaşı Məxmər Ələkbərova isə tapılmayıb. Onun ermənilər tərəfindən qətlə yetirilməsi faciədən 16 il sonra üzə çıxıb.  Belə ki, Hüseynovlar ailəsi rus jurnalistin Xocalıda çəkdiyi kadrlara baxanda babasıgilin evinin qarşısına Məxmər xanımın, bacısı Məhbubənin və onun övladları Çinarə ilə Çingizin meyitini görüblər. Bunadək ailə onları əsir bilirmiş...

Həmin foto... 


Faciə zamanı hərbçi Bakir Hüseynov da Xocalıda döyüşlərdə iştirak edib. Onun taleyi ilə bağlı həmin gecədən indiyədək heç bir məlumat yoxdur. O, erməni vandalizmi nəticəsindən itkin düşən minlərlə soydaşımızdan biridir. 

Milli Qəhrəman Tofiq Hüseynova gəlincə, o, 1954-cü ildə Xocalıda anadan olub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi çalışıb. Qarabağ müharibəsi başlayandan sonra, 1991-ci ildə Xocalıda özünü müdafiə taborunun yaradıcılarından biri olub. Onu Xocalıda “Mixaylo” adlandırırdılar. Birinci Qarabağ müharibəsi zamanı bir sıra qəhrəmanlıqlarla yadda qalan, yüzlərlə soydaşımızı təhlükəsiz əraziyə köçürməyi bacaran Tofiq Hüseynov, son döyüşündə qumbaranı sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığındakı düşmənləri də partladıb. Onun nəşi 20 gün sonra erməni əsirlə dəyişdirilib. Milli Qəhrəmanımız Bakının Şəhidlər Xiyabanında dəfn olunub. 

 







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)