Milli Məclisin keçmiş deputatı Yevda Abramovun oğlu Sasun Abramov israilli əsgərlər üçün sendviç hazırlayıb.
44GunAz-ın məlumatına görə, o, HƏMAS-ın terror hücumuna qarşı vuruşan İsrail hərbçilərinə dəstəyini nümayiş etdirib.
S.Abramova sendviçlərin hazırlanmasında övladları da kömək olub.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dən çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu isə buna cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başlayıb.
Xatırladaq ki, mərhum Y.Abramovun oğlu S.Abramov uzun illərdir İsrailin Karmiel şəhərində yaşayır.|sfera.az|