TƏBİB-dən 20 min dollar maaşdan imtina edərək Azərbaycana gələn həkimlə bağlı AÇIQLAMA |
Bölmə: Sosial |
Tarix: 10.10.2023 / 19:13 |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova Almaniyada fəaliyyət göstərən invasiv kardioloq Nicat İbrahimovla bağlı məsələyə aydınlıq gətirib. Z.Adilova Pravda.az-a açıqlamasında deyib ki, həkim Şirvan Şəhər Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayacaq, onun fəaliyyəti üçün hər bir şərait yaradılıb, dəstək göstərilib.
“Həkim dəvətlə gəlib. Rəsmi olaraq 13 oktyabrdan etibarən fəaliyyətə başlayacaq. Ümumiyyətlə, TƏBİB xaricdə yaşayan və çalışan azərbaycanlı həkimlərin ölkəmizə gəlməsini hər zaman təşkil edir və onları ölkəmizə dəvət edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin uzmanların dəvət edilməsi ilə bağlı “Xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu” proqramı çərçivəsində xaricdə çalışan və yaşayan 100-dək həkim artıq Azərbaycana gəlib. Onlar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində fəaliyyət göstərirlər. İyunun 17-22-si tarixlərində TƏBİB ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Birinci Simpoziumunu keçirdi. Həmin simpoziumda da 12 ölkədən 120-yə yaxın həkim iştirak etmişdi. Həkimlər arasında gələcəkdə Azərbaycanda gəlib işləmək istəyənlərin sayı kifayət qədər idi. Bundan sonra onların ölkəmizə qayıdıb burada çalışmalarını təşkil edəcəyik. Nicat İbrahimovun Azərbaycana gəliş səbəbi fərqli ola bilər, amma onun çalışacağı tibb müəssisəsi onsuz da TƏBİB-in tabeliyində fəaliyyət göstərir”, - qurum rəsmisi deyib. bildirib. Qeyd: Sosial şəbəkələrdə və mətbuatda 12 ildir, Almaniyada yaşayan və işləyən Nicat İbrahimovun Almaniyada aylıq 20 min dollar maaşından imtina etməsi böyük maraqla qarşılanıb. Nicat İbrahimov Azərbaycan Tibb Universitetini bitirəndən sonra Almaniyada təhsilini davam etdirib. Almaniyanın Koburq şəhərindəki Regiomed Klinikasında Daxili Xəstəliklər və Kardiologiya şöbəsinin müdiri olub. 12 ildən çox olan fəaliyyəti dövründə 17 gənc azərbaycanlını assistant olaraq yetişdirib.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|