Bakıda fəhlə əxlaqsız qadınla otelə getdi, 6 aylıq həbs edildi - Əlaqədən sonra...




      Bölmə: Xəbər Tarix: 08.10.2023 / 01:30

Bakının Binəqədi rayonunda 1980-ci il təvəllüdlü Saleh yüngül həyat tərzi keçirən qadın - Elnarəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

44Gun.Az bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 28-də baş verib. Saleh həmin gün gecə saat 2 radələrində Xırdalan dairəsinin yaxınlığında yerləşən "Darvaza" otelin 11 saylı otağında Elnarə ilə cinsi əlaqədə olub.

Daha sonra Elnarə ilə zarafat edib. Bu, onun etirazına səbəb olub. Onların arasında mübahisə yaranıb. Saleh əli ilə Elnarəni vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Salehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bakı şəhərində günəmuzd fəhlə işləyib:

"Sonuncu dəfə Novxanı qəsəbəsində yerləşən bağ evlərindən birində fəhlə işləmişən. Dekabrın 27-də təxminən saat 21 radələrində Novxanı qəsəbəsində yerləşən bağ evindən çıxdım və yeni il bayramı münasibəti ilə yaşadığım Qobustan rayonuna getməyi qərara aldım.

Novxanı qəsəbəsindən çıxdıqdan sonra yaxınlıqda yerləşən mağazadan iki ədəd pivə alaraq içdim və marşrut avtobusuna əyləşərək "Xırdalanın dairəsi" deyilən yerdə marşrutdan düşdüm. Ordan yolu keçərək yaşadığı Qobustan rayonuna gedəcəkdim. Bu zaman əvvəllər tanımadığım və adını bilmədiyim bir nəfər yüngül həyat tərzi keçirən qadınla rastlaşdım. Ona yaxınlaşaraq tanış olmaq istədiyimi bildirdim. Qadın mənə etiraz etmədi. Biz tanış olduqdan sonra həmin qadının yüngül həyat tərzi keçirdiyini anladım".

Təqsirləndirilən şəxs deyib ki, həmin qadınla cinsi əlaqədə olmaq istədiyini bildirib: "Qadın da mənimlə razılaşdı. Bunun müqabilində məndən 50 manat istədi. Mən də həmin qadının istəyi ilə razılaşdım. Biz birlikdə ilk öncə yaxınlıqda yerləşən mağazaya getdik. Qadına siqaret və şokolad aldım. Daha sonra birlikdə yaxınlıqda yerləşən "Darvaza" adlı otelə getdik. Boş otaqlardan birini sifariş verdim və həmin otağa daxil olduq. Otağa daxil olduğumuz zaman, yəni dekabrın 28-də gecə saat 2 radələrində çay və pivə sifariş verdim Biz bir dəfə cinsi əlaqədə olduq".

Saleh qeyd edib ki, qadınla zarafat etməyə başlayıb: "Lakin qadın zarafatlarımı qəbul etmədi və zarafat etməməyi bildirdi. Spirtli içkinin təsiri altında olduğum üçün yumruqla həmin qadının sifət nahiyəsindən vurdum. Təxminən saat 7 radələrində həmin otağı və oteli tərk edərək yaşadığım rayona getdim".

İş üzrə zərərçəkmiş Elnarənin sözlərinə görə, təxminən 5-6 ildir maddi vəziyyəti ilə əlaqədar olaraq müxtəlif kişilərlə pul müqabilində görüşür və cinsi əlaqədə olmaqla pul qazanır: "Dekbarın 27-də təxminən saat 22 radələrində "Xırdalanın dairəsi" deyilən yerdə dayanmışdım. Bir kişi mənə yaxınlaşaraq tanış olmaq istədiyini bildirdi. Kişi ilə razılaşdım.

Məndən bunun müqabilində nə qədər pul istədiyimi soruşdu. Bir neçə saat onunla keçirmək və cinsi əlaqədə olmaq müqabilində 50 manat istədim. Birlikdə ilk öncə mağazaya getdik. Daha sonra yaxınlıqda yerləşən "Darvaza" adlı otelə yollandıq. Otaqların birində bir dəfə cinsi əlaqədə olduq.

Həmin kişi mənimlə kobud davrandığı üçün ona etiraz etdim. Həmin şəxs məni yumruqla sifət nahiyəmdən vuraraq xəsarət yetirdi. Bir qədər sakitləşdikdən sonra getdi. Mən də onun ardınca otaqdan çıxaraq yaşadığım evə getdim".

Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Saleh 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.






SON XƏBƏRLƏR
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq
9-11-2023, 00:53
Niyə hansısa evli kişinin pulu ilə... - Xoşqədəm
9-11-2023, 00:29
Azərbaycanda DƏHŞƏT! - Məktəbli qız HAMİLƏ QALDI
9-11-2023, 00:23
Noyabrın 9-u və 10-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
9-11-2023, 00:18
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR! - VİDEO
9-11-2023, 00:08
9 Noyabr – Müstəqil Azərbaycanın Dövlət Bayrağı Günüdür
9-11-2023, 00:02
Türk aparıcıdan Xoşqədəmə qarşı gözlənilməz addım - FOTO