Metronun qarşısında corab satdığı deyilən qazi haqda - Açıqlama




      Bölmə: Xəbər Tarix: 06.10.2023 / 15:02

Sosial şəbəkələrdə qazi Vüqar Hüseynovun əsa ilə metro çıxışında corab satmasını əks etdirən görüntülər yayılıb. Videoda iddia edilir ki, qaziyə əlilliklə bağlı imtina gəlib və o, bu satışı ehtiyac ucbatından həyata keçirir. Görüntülərdə bildirilib ki, qazi ayağını qatlamaqda çətinlik çəkir.

“Qafqazinfo” xəbər verir ki, məsələyə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi reaksiya verib.

Qurumun İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Vüqar Hüseynov işlə təmin olunmaq üçün məşğulluq orqanına müraciət etməyib: “Ağdaş rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Hüseynova müharibə veteranı olduğu üçün 2022-ci ilin yanvar ayının 1-dən Prezidentin aylıq təqaüdü (80 manat) ödənilir. Müharibədə aldığı xəsarətlə bağlı ona birdəfəlik sığorta ödənişi (2750 manat) də edilib. İşlə təmin edilmək üçün isə ötən dövrdə məşğulluq orqanına müraciət etməyib.

Əlilliyinin qiymətləndirilməsi üçün daxil olmuş göndəriş əsasında o, 2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Aidiyyəti qurumların tibb mütəxəssislərinin də iştirak etdiyi həmin müayinə zamanı Mərkəzi Hərbi Həkim Komissiyasının Vüqar Hüseynovla bağlı təqdim etdiyi yekun şəhadətnamədə qeyd olunan diaqnozun əlillik təyinatına əsas vermədiyi, həmçinin sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edilib. Bu səbəbdən ona əlillik təyinatı aparılmayıb.

Sonrakı dövrdə Vüqar Hüseynovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb”. 

Qeyd edək ki, Vüqar Hüseynov “Şuşanın azad edilməsinə görə” medalı ilə təltif edilib.

 






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)